
2017 model Sony Xperia XZ telefonu haqda məlumatlar sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Sony-nin 2017 model ağıllı telefonu Xperia XZ sızdırıldı.
Sony də bir sıra texnologiya şirkətləri
kimi yeni telefonlar üzərində işlər aparır. Şirkət 2017-ci ildə yeni Sony
Xperia XZ (2017) modelini istifadəçilərə təqdim etməyə hazırlaşır. Hətta
cihazın ön panelinə aid görüntüsü sızdırılıb. Fotoda yeni telefonun üst və alt
hissələrinin ikili dinamikaya sahib olması nəzərə çarpır.
Xperia XZ-in Snapdragon 835 prosessora və əvvəllər
bu model telefonlarda yer almayan 3GB RAM-a sahib olacağı gözlənilir.
Sony, 4 yanvar 2017 tarixində CES 2017 tədbirində
konfrans həyata keçirməyi düşünür. Bu konfransda şirkətin, 2017 model Xperia XZ
ağıllı telefonunu tanıtması gözlənilir. Verilən məlumata görə yeni telefonun da öz sələfləri kimi
suya və toza dayanıqlı olacağı bildirilir. Xperia XZ modelində
olması gözlənilən digər bir xüsusiyyət isə telefonda barmaq izi sensorunun yer almasıdır.
Paylaş
Bənzər xəbərlər