
2018-ci ilin texnoloji trendləri
Elm & Texnologiya
03.01.2018
Emil
2017-ci ilin sonuna yaxın Netflix
servisi “Black Mirror” televiziya
serialının yeni sezonunu təqdim etmişdi. Bu serial yaxın gələcəkdə müasir cəmiyyətə
yeni texnologiyaların yarada biləcəkləri təhlükə və risklərdən bəhs edir.
Onların sırasında kibercinayətkarlıq, virtual reallıq, artırılmış reallıq, süni
zəka və s. var. Lakin həmin texnologiyaların iştirak edə biləcəyi daha optimist
proqnozlar da var. The Next Web saytı yeni ildə texnologiyalar sahəsinin
istiqamətini təyin edəcək texnoloji trendlərin siyahısını tərtib edib.
Blockchain:
Bu texnologiyanın məşhurlaşması
ilk növbətə 2017-ci ildə kriptovalyutaların məzənnələrinin yüksəlməsi ilə
bağlıdır. Lakin bir çoxları bitcoini sadəcə olaraq asan yolla varlanmaq üsulu
kimi gördükləri bir vaxtda qeyd etmək lazımdır ki, rəqəmsal tranzaksiyalar sahəsində
blockchain texnologiyasının çox böyük potensialı var. “Blockchainin tətbiq
üsulları faktiki olaraq sonsuzdur” – deyə sayt qeyd edib.
Süni zəka:
Süni zəkanı dünyanın bütün məlumatlarını
emal etməyə qadir avtonom kompüter kimi qəbul etməsək, onun ixtisaslaşdırılmış
forması artıq bir çox sahələrdə tətbiq olunur. Məsələn, pilotsuz avtomobil
sistemlərində, Facebook alqoritmlərində, səsli köməkçilərdə və s. Süni zəka həmçinin
big data analizi üsulu kimi də faydalıdır. Məsələn, “FarmaTrust” şirkəti bütün
dünya üzrə kontrafakt (hüquq normalarını pozaraq orijinal məhsul əsasında
yaradılmış yeni məhsul) dərmanlarının yaradılması ilə mübarizədə və online şəkildə
dərmanların satışı üçün marketplace yaratmaqda süni zəkadan istifadə edir.
Artırılmış reallıq (AR):
Pokemon Go oyununun inanılmaz sürətdə
məşhurlaşması 2017-ci ildə AR əsasında oyunların yaradılmasının nəyə qadir
olduğunu sərgilədi. Təbii ki, bu texnologiyanın tətbiq sahəsi daha genişdir. The
Next Web-in qiymətləndirməsinə əsasən AR istifadəçilər üçün daha faydalıdır nəinki
VR (Virtual Reallıq). Belə ki, AR real dünyanın üzərinə məlumatların virtual
laylarını əlavə etməyə imkan verir.
Səsli köməkçilər:
Aydındır ki, son zamanlar “Apple”,
“Google” və “Amazon” kimi şirkətlərin bu cür məhsulları çox məşhurdur.
Baxmayaraq ki, bu şirkətlərin məhsulları məşhur və tələb olunandılar, rəqəmsal
texnologiyaların gündəlik həyata inteqrasiya olunması cəhətdən onların
potensialları tam olaraq hələ sərgilənməyib.
Əşyaların interneti (IoT/Internet
of Things):
Bu cür texnologiyanın ideyası rəqəmsal
cəmiyyətdə uzun illər idiki gəzirdi. Lakin məhz 2017-ci ildə “ağıllı ev” ideyasının
və onda mobil cihazların iştirakı yüksək dərəcədə qiymətləndirildi. Təbii ki,
bu sahə “ağıllı ev” ideyası üçün maraqlı alətlərlə məhdudlaşmır. Onun əsas
ideyası texnologiyaların gündəlik həyata inteqrasiya olunmasıdır.
Kibertəhlükəsizlik:
Texnologiyaların inkişafı ilə
birlikdə həmçinin onların boşluqları və hack olunma üsulları da inkişaf edir.
Biznes qoşulmuş şəbəkədən istifadə etdiyi müddətcə kibertəhlükəsizlik üzrə tələblər
həmişə aktual olaraq qalacaq. Artıq geridə qalmış 2017-ci ildə baş vermiş
kiberhücumlar nəticəsində bu sahənin vacibliyi bir daha sübut olunmuşdu.
Paylaş
Bənzər xəbərlər