main-post-cover

    2018 iPhone modellərində daha sürətli Fast Charge olacaq

    Elm & Texnologiya
    17.06.2018
    Nijat Hamid
    Fast Charge texnologiyası artıq mobil telefon bazarında standart bir funksiya olan və telefonun batareyasının daha tez doldurulmasına imkan yaradan bir texnologiyadır. Daha çox Android sistemli telefonlarda görsək də ( Qualcomm Fast Charge v2.0/v3.0, Dash Charge və s.), artıq bu ildən yeni iPhone modellərində daha təkminləşdirilmiş bir versiya olacaq.
    Apple bu ilki modellərdə 9V/2A və 5V/3A dəstəkli adapterlərdən istifadə edəcək. iPhone'lar üçün lazım olan sürətli doldurma çipləri isə Power Integrations şirkətindən təmin edilib.    
    Rosenblatt Securities analistlərindən olan Jun Zhang verdiyi məlumatlarla bu il çıxacaq olan modellərin Fast Charge dəstəkli olacağını qeyd edib. Qeyd edək ki, şirkət ilk dəfə iPhone 8/8 Plus modellərində bu özəlliyi istifadə elədi, lakin Android rəqiblərinə görə biraz geridə qalırdı. Apple bu il telefon detallarından daha çox maliyyət əldə etmək üçün Broadcom ilə yollarını ayırıb onun yerinə Texas İnstruments şirkətinin çipsetlərindən istifadə etdi. Analistlərin dediyinə görə, şirkət bu ilin 2-ci yarısında ciddi dərəcədə satışların artmasını planlayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər