main-post-cover

    2020-ci il Tokio Olimpiya Oyunları üçün medallar elektron tullantılardan hazırlanacaq

    Elm & Texnologiya
    08.02.2019
    Farid Pardashunas
        3 il bundan öncə söz verildiyi kimi 2020-ci ildə Tokio-da keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının təşkilatçı komitəsi təsdiqlədi ki, həmin oyunlarda iştirak edəcək idmançılar üçün olacaq medallar elektron tullantılardan istehsal ediləcək. Beləliklə atılmış və yenidən emala verilmiş cihazlardan tonlarla bürünc, gümüş və qızıl materiallar əldə olunacaq. Bu barədə The Verge saytı xəbər verib.
        Təşkilatçı komitənin təmsilçilərinin sözlərinə əsasən Yaponiya üzrə bir çox şirkət, Yaponiya cəmiyyəti, yerli və xarici idmançılar bu ideyaya böyük dəstək veriblər. Bu təşəbbüs nəticəsində bələdiyyələr 47.488 ton elektron tullantı yığıblar. Bura həmçinin istifadəçilərin NTT DOCOMO adlı yerli mobil operatoruna geri qaytardıqları 5 milyon ədəd köhnə mobil telefon da daxildir. Bundan əlavə olaraq poçt məntəqələrində və digər ictimai yerlərdə köhnə cihazların təhvil verilməsi üçün xüsusi məntəqələr də quraşdırılıb.

        Hələ keçən ilin iyun ayında 2700 kq yenidən emal edilmiş bürünc əldə edilmişdi. Keçən ilin oktyabr ayında isə təşkilatçı komitə bildirmişdi ki, onlar lazım olan 30.3 kq qızılın 93.7%-ni, 4100 kq gümüşün isə 85.4%-ni əldə ediblər. Komitə əmindir ki, artıq yığılmış ehtiyyatlar sayəsində onlar bu ilin 31 mart tarixinə kimi medalların istehsalı üçün lazımi material həcmini əldə edə biləcəklər. Qeyd etmək lazımdır ki, Yay Olimpiya Oyunları 2020-ci ildə 24 iyuldan 9 avqusta kimi keçiriləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər