main-post-cover

    2020-i il iPhone modellərində ekrana inteqrasiya edilmiş barmaq izi skanı ola bilər

    Elm & Texnologiya
    23.04.2019
    Emil Nəcəfov
        Gizmochina saytının verdiyi məlumata əsasən Qualcomm Apple şirkəti ilə birlikdə yeni iPhone modelləri üçün smartfon ekranına inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası üzərində çalışır. Bu barədə Macdigger saytı xəbər verib. Bir çox müasir Android smartfonlar bu cür texnologiyalara artıq sahibdirlər. Lakin iPhone modellərində bu cür texnologiya hələ də reallaşdırılmayıb. Şayiələrə əsasən Qualcomm və Apple şirkətləri öz güclərini birləşdiriblər və özlərinin hazırlayacaqları barmaq izi skanı texnologiyasını yeni iPhone modellərində təqdim etmək niyyətindədirlər.
        Hər iki şirkət tərəfindən hazırlanan bu texnologiya Samsung şirkətinin ekrana inteqrasiya edilmiş ultrasəs barmaq izi skanı texnologiyası tərzində çalışacaq. Hal hazırda bir neçə növ barmaq izi skanı texnologiyası mövcuddur. Lakin onların arasında ultrasəs tərzli barmaq izi skanı texnologiyası daha etibarlı və sürətli hesab edilir. Belə ki, həmin barmaq izi skanı texnologiyası növü hətta yüksək nəmişlik mühitində çalışa bilir və bu texnologiya vasitəsilə cihazın blokdan çıxarılması müddəti 250 millisaniyə çəkir.

        Buna baxmayaraq bu texnologiyaya sahib cihazlarda bir problem var. Belə ki, elə hallar mövcuddur ki, polimer materiallardan smartfon sahibinin barmaq izinin 3D modelini yaradaraq smartfonu blokdan çıxartmaq mümkündür. Qualcomm şirkəti daha öncədən özünün yeni nəsil barmaq izi skanı tenxologiyası üzərində çalışması barəsində xəbər vermişdi. Məlumata əsasən onun qalınlığı 200 mikron, barmağın yerləşdirilməsi üçün nəzərdə tutuluş xüsusi sahənin ölçüsü isə 8x8 millimetrdir. Qualcomm-un hal hazırda əlində olan texnologiyaların yeni nəsil iPhone modellərində istifadə olunacağı və ya iki şirkət tərəfindən yeni texnologiyanın yaradılıb-yaradılmayacağı barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala