Logo
    2022-ci ildə bitcoinin qiyməti 55.000 dollar olacaq

    2022-ci ildə bitcoinin qiyməti 55.000 dollar olacaq

    Wall-Street analitiki Tom Lee-nin fikrincə 2022-ci ilə kimi qiyməti 55.000 dollar qiymət göstəriciyə çatana kimi bitcoinin qiyməti qalxmağa davam edəcək.

    Öz proqnozunu o, kəsirin iqtisadi prinsipi və bazardakı qeyri-stabilliyə əsasən irəli sürüb. Lee düşünür ki, bitcoin, vaxtı ikən iqtisadiyyatda qızıl ehtiyyatının rolunu öz üzərinə götürüb. Yəni, bazarın düşdüyü və qeyri-sabit olduğu bir vaxtda etibarlı və möhkəm əmanət növü olmağa başlayır. Bunu əsasən hökumətin, valyutanı ciddi şəkildə idarə edən ölkələrdə (Çin, Yaponiya) görmək olar. Bir çoxları bitcoindəm, məzənnəsinin tez-tez dəyişilməsi barədə şikayətlənir. Məhz bu cəhətdən o, etibarlı əmanət növü sayıla bilməz. Lakin Lee öz müsahibəsində qeyd edib ki, 1971-1980-ci illərdə ABŞ, “qızıl standart”dan imtina etdiyi bir müddətdə qızılın məzənnəsi 90% təşkil edirdi. Buna əsasən bitcoinin məzənnəsinin də müəyyən zaman ərzində yaxşılaşmasını gözləmək lazımdır. Təsadüfə əsasən bu il bitcoinin qiyməti qızılı keçib. Bitcoinin kəskin şəkildə qalxması, onu digər kriptovalyutalardan fərqləndirir. Məsələn, 2010-cu ildə 10.000 bitcoinə 2 ədəd pizza almaq mümkün idisə, indi bu 25 milyon dollardır. Bitcoinin qiymətinin qalxmasının digər bir səbəbi isə onun az olmasıdır. Hesablamalara əsasən bütün dünya üzrə bitcoinin miqdarı 21 milyondur. Bitcoini mining etmək getdikcə çətinləşir. Buna görə də onun qiyməti getdikcə yüksələcək. 
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    2022-ci ildə bitcoinin qiyməti 55.000 dollar olacaq