'2022-ci ilə kimi cihazlar insanları yaxınlarından daha yaxşı tanıyacaqlar'
Elm & Texnologiya
16.01.2018
Farid Pardashunas
Bu cür proqnozu “Gartner” adlı tədqiqat şirkəti hər il təqdim etdiyi hesabatda verib.
Şirkətin analitikləri güman edirlər
ki, yaxın illərdə smartfonlar və daşına bilən digər cihazlar insanın
emosiyalarını və onun vəziyyətini təyin edə biləcək və beləliklə onun həyat
müddətini uzada biləcəklər. 4 ildən sonra personal cihazlar insanın
emosiyalarını öyrənərək onun psixoloji vəziyyətini təyin edə biləcək alqoritmlərə
sahib olacaqlar. Müəyyən müddətdən sonra cihazlar o dərəcədə təkmilləşəcəklər
ki, onlar hansısa insanın yaxınları və dostlarından daha yaxşı həmin insanın
emosiyalarını təyin edə biləcəklər. Analitiklər bu cür proqnozlar veriblər.
Cihazlar nəinki istifadəçinin yalnız hal-əhvalını öyrənəcək, həmdə müəyyən
hal-əhvala adaptasiya olacaqlar. Cihazlar hər bir insana individual yanaşma
seçməyi öyrənəcəklər. Bu cür şərtlərdə süni zəka texnologiyalarına ehtiyac
olacaq. “Cihaz istehsalçıları öz məhsullarının hər bir funksiyalarına süni zəkanı
əlavə etməli olacaqlar. Əks halda onlar bazardan kənarda qala bilərlər” – deyə
şirkət tədqiqatının aparıcı mütəxəssisi bildirib.
Hələ ki, gələcəkdə olacaq bu
trendi indiki vaxtda ABŞ və Avropada məşhurlaşmış səsli köməkçilər misalında
müşahidə etmək olar. Belə ki, bu il amerikalıların demək olarki yarısı “ağıllı”
səsgücləndirici almaq fikrindədir. Lakin 2018-ci ildən sonra istehlakçı sektorunda
süni zəka texnologiyaları təkcə səsli köməkçilər ilə məhdudlaşmayacaq. Süni zəka
proqram təminatı, videooyun, tibbi diaqnostika, idman və avtomobil istehsalı
kimi sahələrə də inteqrasiya olunacaq.
Ən böyük faydanı isə daşına bilən
cihazlar gətirəcək. Şirkətin proqnozlarına əsasən daşına bilən cihazların
istifadəsi nəticəsində istifadəçilərin 10%-də həyat tərzi dəyişiləcək. Bir
qayda olaraq isə həmin insanların həyat müddətləri 2021-ci ilə kimi ortalama
yarım ilə kimi uzanacaq. Bu cür nəticələri təkcə ixtisaslaşdırılmış cihazlar
deyil smart saatlar və fitnes qolbaqlar kimi gündəlik cihazlar da əldə edəcəklər.
Bu trendin sübutunu artıq müasir zamanda görmək olar. Məsələn sadalanmış
cihazlara sahib olan 10 insandan 2-si özündə müxtəlif növ xəstəlikləri aşkar
edib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ