2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Texnologiya
14.04.2021 PAYLAŞIM

    Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yollarında pilotsuz taksilər istifadəyə veriləcək. Belə ki, Dubay idarəçiləri Origin adlı pilotsuz taksilərin şəhərə gətirilməsi üzrə ABŞ-ın Cruise adlı şirkəti ilə müqavilə bağlayıblar. Origin adlı pilotsuz taksilərin istehsalı ilə məhz Cruise şirkəti məşğul olur. Sözügedən nəqliyyat növü elektrikli mikroavtobus dizaynında reallaşdırılıb və onun daxilində 6 nəfərlik oturacaq mövcuddur.


    Bu nəqliyyat növü sükana və pedallara sahib deyil. Sözügedən pilotsuz taksilərin ilk versiyaları Dubayda 2023-cü ildə istifadəyə veriləcək. Gələcəkdə Cruise şirkəti onların saylarını 4000-ə çatdırmağı planlaşdırır. Dubay idarəçilərinin fikirlərinə əsasən 2030-cu ilə kimi Dubayın şəhər nəqliyyatı sisteminin 25%-i tamamilə avtonom rejimdə çalışacaq. Bundan əlavə olaraq sözügedən əməkdaşlıq çərçivəsində Cruise şirkəti Birləşmiş Ərəb Əmirliklərində öz ofisini açacaq.

    Həmin ofis isə pilotsuz taksilərin ölkəyə gətirilməsini və onlara xidmətin göstərilməsini təmin edəcək. Bununla yanaşı şirkət 2029-cu ilə kimi Dubayda pilotsuz nəqliyyat növü xidmətini təklif etmə üzrə eksklüziv hüquqa sahib olacaq. Qeyd etmək lazımdır ki, Cruise şirkəti 2013-cü ildə San Fransiskoda təsis edilib. 2016-cı ildə isə General Motors şirkəti onu 1 milyard dollara almışdı. Bu ilin əvvəlində Microsoft şirkəti sözügedən layihəyə 1 milyard dollar investisiya yatırmaqla General Motors-un tərəfdaşına çevrilmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..

×