main-post-cover

    2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobillərin satışları qadağan ediləcək

    Elm & Texnologiya
    29.06.2022
    Emil Nəcəfov
        Bu gün Avropa Komissiyasının saytında təqdim edilmiş press-relizə əsasən Avropa Birliyi üzvləri daxili yanma mühərrikinə sahib yüngül avtomobillər ilə kommersiya furqonlarının satışlarının 2035-ci ildən başlayaraq qadağan edilməsi qərarını qəbul ediblər. Bu məsələdə həmçinin aralıq zaman da təyin edilib. Belə ki, 2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karbon tullantıları isə 50% azalmalıdır. Hələ bir neçə müddət bundan öncə bir sıra Avropa ölkəsi daxili yanma mühərrikinə sahib yeni avtomobillərin satışlarının qadağan edilməsi üzrə təklif edilmiş zaman aralığına qarşı çıxmışdı. Əsasən Rumıniya, İtaliya, Slovakiya, Bolqarıstan və Portuqaliya yeni qanun layihəsinin müəlliflərini 2035-ci ilə kimi karbon tullantılarının 90% aşağı salınmasına çağırırdılar.
        Belə ki, sadalanmış ölkələr daxili yanma mühərrikinə sahib yüngül avtomobillərin satışlarından yalnız 2040-cı ilə kimi imtina etməyə hazır idilər. Avropa Komissiyasının yekun bəyanatında hansısa istisnalar barəsində məlumat verilməyib. Lakin qeyd edilib ki, Avropa Birliyi regionunda Social Climate Fund adlı xüsusi fond yaradılacaq və onun büdcəsi 59 milyard avro təşkil edəcək. Sözügedən fond öz vəsaitlərini 2027-ci ildən 2032-ci ilə kimi ekoloji məqsədlərə nail olmaq mövzusunda geridə qalan təmsilçilərin dəstəklənməsinə sərf ediləcək. Fondun vəsaitləri təkcə avtomobil sahəsinin istehsalçılarına deyil, həmçinin iqtisadiyyatın müxtəlif sektorlarının təmsilçilərinə də xərclənəcək. Avropanın əsas məqsədi bu onilliyin sonuna kimi ümumi karbon tullantılarını 55% aşağı salmaqdır.
        Bu əsrin sonuna kimi isə iqlim səviyyəsində karbon neytrallığının əldə edilmsəi planlaşdırılır. Avropa hakimiyyəti regionun iqtisadiyyatına təkcə həvəsləndirici tədbirlər vasitəsilə təsir göstərmək niyyətində deyil. Belə ki, ekologiyaya zərər verən yanacaq növlərinə əlavə vergi tətbiq ediləcək. Bundan əlavə olaraq hökumətlər nəqliyyat vasitələrini alternativ yanacaq növləri ilə təmin edəcək yanacaqdoldurma stansiyalarının inşasına müxtəlif subsidiyalar tətbiq edəcəklər. Qeyd etmək lazımdır ki, hətta iqtisadi cəhətdən güclü olan Almaniya da daxili yanma mühərrikinə sahib avtomobillərin satışlarına 2035-ci ildən qadağa qoyulmasına qarşı narazılığını bildirmişdi. Belə ki, bu, ölkə iqtisadiyyatının qəliz dəyişimini tələb edir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər