23 MP'lik kamera, əla səs və çərçivəsiz dizayn: Sony Xperia XA2 Plus təqdim olundu
Elm & Texnologiya
11.07.2018
Farid Pardashunas
Sony şirkəti Xperia XA seriyasında
ilk orta büdcəli Xperia XA2 Plus modelini təqdim etdi. Yeni smartfon 6 inç
Full HD+ ekranla təchiz olunub. Bu cür ekran ölçüsü həmçinin Xperia XA2 Ultra
modelində də var. Lakin yeni smartfonda 18:9 nisbətli ekran hesabına cihaz əvvəlki
modeldən uzunluğu və enliliyi üzrə 6 mm kiçikdir. Bu isə öz növbəsində
smartfondan bir əllə istifadəni rahatlaşdırır. İlk dəfə olaraq şirkətin orta
büdcəli smartfonu Hi-Res Audio texnologiyasını dəstəkləyir. Bu texnologiya WAV,
FLAC, ALAC və AIFF formatlarını özündə birləşdirir.
Bunun sayəsində istifadəçilər musiqiləri yüksək keyfiyyətdə dinləyə bilərlər. Xperia XA2 Plus-ın korpusu
aliminiumdan, arxa qapağı isə plastik materialdan hazırlanıb. Texniki göstəricilərə
gəldikdə isə smartfon 8 nüvəli Snapdragon 630 prosessoru, 4 GB RAM, 32 GB
daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), 23 MP-lik arxa kamera (saniyədə
120 kadr olmaqla slo-mo və 4K videoların çəkilməsi), 8 MP-lik ön kamera və
Quick Charge 3.0 sürətli enerji yığma texnologiyalı 3580 mAh enerji tutumlu
batareya ilə təchiz olunub. Sony Xperia XA2 Plus gələn aydan satışa çıxacaq.
Onun tam dəqiq satış tarixi və qiyməti barəsində məlumatlar isə sonradan veriləcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)