25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edib

25% daha sürətli çalışma: Google şirkəti yenilənmiş Chrome brauzerini təqdim edib

Texnologiya
18.11.2020 PAYLAŞIM

    Google şirkəti Chrome brauzeri üçün böyük yenilənmə təqdim edib. Tərtibatçıların sözlərinə əsasən Chrome daxilində edilmiş bir sıra dəyişikliklər sayəsində brauzerdəki qovluqlar daha sürətlə açılır və noutbuk prosessoruna daha az yüklənmə olur. Nəticədə noutbukun çalışma müddəti artır. Bu barədə The Verge saytı xəbər verib. Şirkət təmsilçilərinin sözlərinə əsasən brauzerdə açıq vəziyyətdə olan qovluq fon rejimində çalışan qovluqdan daha prioritetli vəziyyətə düşür.

Google Chrome


    Buna görə də brauzerin CPU-ya yüklənməsi 5 dəfə azalır. Bunun sayəsində Chrome brauzerinə sahib noutbuk web serfing rejimində 1.25 saat daha çox çalışa biləcək. Bu yeni özəllik fon rejimində işə düşən musiqiyə və ya gələn bildirişə təsir etməyəcək. Bununla yanaşı Google şirkəti bildirib ki, yenilənmiş brauzer 25% daha sürətli işə düşür. Yeni qovluqların açılma sürətləri isə 7% yüksəlib. Yenilənmiş brauzerin digər özəllikləri arasında qovluqlar üzrə axtarış funksiyası və URL hissədə brauzer ayarlarının yenilənməsi var. Yeni Chrome versiyası artıq bir çox regionlardakı istifadəçilər üçün aktivdir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple M1 prosessoru real testlərdə Intel prosessorunu məhv edib (VİDEO)

İnternetdə Apple şirkətinin öz noutbukları üçün nəzərdə tutulmuş M1 adlı 5 nanometrlik prosessorunun..


İnsayderlər Apple şirkətinin nə zaman 4 nanometrlik mobil prosessora keçid edəcə..

Apple şirkətinin iPhone 12 smartfonları 5 nanometrlik prosessor əldə etmiş ilk smartfonlar oldular. ..


Koreyalılar Hyperloop sistemi daxilində sərnişin kapsulunu səs sürətinə yaxın sü..

Bir neçə gün bundan öncə Virgin Hyperloop şirkəti ilk dəfə olaraq daxilində sərnişinlərin olduğu Hyp..


Apple M1-ə inteqrasiya olunmuş qrafika Nvidia ilə AMD-nin desktop videokartların..

İnternetdə M1 prosessoruna inteqrasiya edilmiş qrafikanın test nəticələri ortaya çıxıb.


SpaceX-in Crew Dragon kosmik gəmisi BKS-ə ilk daimi reysi reallaşdırdı (VİDEO)..

SpaceX şirkəti daxilində 4 nəfər astronavtın olduğu Crew Dragon kosmik gəmisini uğurla Yer kürəsnin ..


BMW şirkəti şəhəriçi elektrikli motosiklet konseptini yaradıb (VİDEO)

Son zamanlar BMW şirkəti elektrikli avtomobillər ideyasına çox diqqət ayırır. İndi isə şirkət gələcə..

×