
25 illik mübarizədən sonra "Microsoft", Linux Cəmiyyətinə üzv oldu
Elm & Texnologiya
07.05.2017
Orkhan
Sonunda "Microsoft" da "Linux"la barışmalı oldu. Artıq "Microsoft" da Linux Cəmiyyətinə üzv oldu.
Hər zaman açıq mənbə kodlar üzərində "Linux"u tənqid edən "Microsoft" sonunda bununla barışmalı oldu. 25 illik mübarizə
üzvlük ilə tamamlandı.
Bir çox çıxışlarında "Linux"u tənqid edən Bill Gates, açıq qaynaqlı kodlara sahib Linux əməliyyat sistemini proqramçılıq
sahəsinin xərçəngi adlandırmışdı. Bu mənada Ballmer də ondan geri qalmırdı.
Ziyanın yarısından qayıtmaq da xeyirdir fikrini təstiqləyən "Microsoft"un "Linux"u inkişaf etdirən könüllülər cəmiyyətinə üzv olması
bunu tam mənasıyla əks etdirir. Digər tərəfdən isə Microsoft da bunun mənasız
olmasını yaxşı anlayırdı.
Linux-da yer alan açıq mənbəli kodların pulsuz olması
və eyni zamanda bu işdən pul qazanan "Microsoft" və "Apple" kimi şirkətlərin olması
təbii ki, bazarda rəqabəti artırırdı. Həmçinin bu "Microsoft" və "Apple"ın çoxlu
maliyyə itkisinə səbəb olurdu.
Ancaq digər tərəfdən Android kimi sistemlər
daha fərqli və daha böyük ekonomik aktivliklər ortaya çıxardılar. Bu isə şirkətlərin
açıq mənbəli kodlar üzərindən fərqli və dinamik gəlir modeli formalaşdırmasına
şərait yaratdı.
Paylaş
Bənzər xəbərlər