3 200 meqapiksellik kamera ilə kainat 10 il ərzində izlənəcək
Elm & Texnologiya
06.07.2026
Sevinj
Elm dünyasında bu həftə diqqətçəkən bir sıra yeniliklər baş verib. Onların arasında xüsusilə Çilidə yerləşən Vera C. Rubin Rəsədxanasının 10 illik nəhəng kosmik müşahidə proqramına start verməsi, sualtında işləyə bilən kiborq tarakanların hazırlanması və NASA-nın Ay bazası üçün yeni yükdaşıma missiyalarını elan etməsi diqqət çəkir.
Çilidə yerləşən və 3 200 meqapiksellik dünyanın ən böyük rəqəmsal kamerasına sahib olan Vera C. Rubin Rəsədxanası iyunun 30-da "Legacy Survey of Space and Time" (LSST) adlı 10 illik müşahidə proqramına başlayıb. Layihə çərçivəsində rəsədxana təxminən hər 40 saniyədən bir yeni görüntü çəkəcək və bir neçə gecədən bir bütün cənub səmasını yenidən müşahidə edəcək. Alimlər bu məlumatlardan istifadə edərək qaranlıq maddə, qaranlıq enerji və kainatın genişlənməsi kimi böyük kosmik sirləri daha yaxşı anlamağı hədəfləyirlər.
ABŞ Milli Elm Fondunun nümayəndəsi Brayan Stoun layihəni "indiyəqədər çəkilən ən böyük kosmik filmin başlanğıcı" adlandırıb. Rəsədxananın hər gecə təxminən min şəkil çəkəcəyi, gündə isə 10 terabayta yaxın məlumat toplayacağı bildirilir.
Paylaş
Bənzər xəbərlər