Logo
    main-post-cover

    3 GB RAM və su keçirməz iPhone gəlir!

    Apple, iPhone 6s6s plus modellərini təqdim etdikdən sonra dərhal yeni modelin istehsalı üçün hazırlıqlara başlayıb. Güvənilir mənbələrdən alınan məlumatlara əsasən yeni təqdim olunacaq iPhone modeli su keçirməz olacaq. TrendForce araşdırma şirkətinin yaydığı məlumata əsasən iPhone 7 modeli su keçirməməklə yanaşı 3 GB Ram-a sahib olacaq. Sony-nin xperia seriasında tətbiq olunan su keçirməzlik, istifadəçilər tərəfindən xoş qarşılanmış və Sony üçün çox yaxşı marketing strategiyası olmuşdu. iPhone 7 əgər su keçirməz olarsa, bu hal iPhone istifadəçilərini sevindirə bilər. Bundan əlavə təqdim olunan bir öncəki modellər 2 GB Rama sahib olduğundan bəzi keçidlərdə yaranan donmalar demək olar aradan qalxmışdı. İndi ki halda iPhone 3 GB ram ilə istehsal olunsa mükəmməl bir performans ortaya qoyacağını qeyd edə bilərik.
    Paylaş
    Bənzər xəbərlər