
30$ dollar qiymətində olan dünyanın ən kiçik mobil telefonu
Elm & Texnologiya
07.05.2017
Farid
"Vphone” şirkəti dünyanın ən kiçik sensorlu mobil telefonunu təqdim edib.
Vphone S8 adlı cihazın çəkisi cəmi
30 qr-dır. İlk baxışdan mobil cihaz kəmərsiz "ağıllı” saata bənzəyir. Lakin
sözügedən istehsalçı öz cihazına belə bir adı qoyaraq rəqiblərinin fonunda
seçilməyi bacarıb. Cihaz 1.54 inç ekrana sahibdir. Həmin ekran isə 2.5D
qoruyucu şüşə ilə örtülmüşdür. Vphone S8-in daxilində 64 MB RAM, 128 GB daxili
yaddaş və 380 mAh enerji tutumlu batareya yerləşir. Həmçinin microSD girişi də
təmin olunmuşdur. Vphone S8 Bluetooth vasitəsilə iOS və ya Android cihaza
qoşularaq onunla sinxron vəziyyətdə çalışa bilir. Beləliklə siz kiçik cihaz
vasitəsilə zənglərə və ismarıclara cavab verə bilərsiniz. Bunlar hələ son
deyil. Bütün bunlardan əlavə olaraq kiçik mobil telefon özündə FM radionu,
qulaqlıqlar üçün girişi və ürək döyüntüsünü ölçən ötürücünü özündə birləşdirir.
Vphone S8 30$ qiymətində
satılır.
Paylaş
Bənzər xəbərlər