
30 MP-lik ön kameraya sahib yeni lüks smartfon
Elm & Texnologiya
07.05.2017
Farid
Çinin "8848 Phones” adlı şirkəti, lüks smartfonunu anons edib.
Smartfon
ona görə lüks hesab olunur ki, onun arxa hissəsi dana dərisindən hazırlanıb və
qızıl taxma çərçivə ilə dizayn olunub. Lakin smartfonun əsas özəlliyi ondan
ibarətdir ki, onun ön kamerası 30 MP-dir. Arxa kamerasının ətrafı 18 karatlıq
qızıldan hazırlanmış və üzərində əjdaha fotosu olan çərçivə ilə əhatə olunub. "Technote.az”ın "Gizmochina”ya istinadən
verdiyi xəbərə əsasən qalan
bütün hissə isə dana dərisindən ibarətdir. Smartfonun əsas kamerası 21 MP-dir.
Onun texniki göstəricilərinə gəldikdə isə cihaz, 5 inç Full HD ekran, 8 nüvəli
Qualcomm (prosessorun növü bilinmir) prosessoru, 4 GB RAM, 128 GB daxili yaddaş
ilət təchiz olunmuşdur. Lüks smartfonun qiyməti isə 2880$-dır.
Paylaş
Bənzər xəbərlər