Logo
    main-post-cover

    32 düym ekrana sahib yeni iMac nə zaman satışa çıxacaq?

        Bloomberg saytının məşhur insayderi Mark Gurman bir neçə müddət bundan öncə bildirmişdi ki, Apple 32 düym ekrana sahib olacaq yeni iMac üzərində çalışır. İndi isə insayder sözügedən iMac barəsində yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən Apple hal hazırda 32 düym ekranlı iMac mövzusunda sadəcə təcrübələr aparır. Bu cür iMac-ın 2024-cü ilin sonundan tez satışa çıxacağını gözləmək lazım deyil. “Apple 32 düym ekranlı iMac da daxil olmaqla böyük ekranlı digər iMac modelləri üzərində təcrübələr aparır. Mən bu cür iMac-ın 2024-cü ilin sonundan tez satışa çıxacağını gözləmirəm. Belə ki, 32 düym ekranlı iMac hələ ilkin hazırlanma mərhələsindədir” - deyə Mark Gurman qeyd edib. Gələn ilin əvvəlində isə 24 düym ekrana və M3 prosessoruna sahib yenilənmiş iMac-ın təqdim olunacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər