
32 milyon Twitter hesabı ələ keçirildi
Elm & Texnologiya
07.05.2017
Farid
Sosyal mediyanın nəhənglərindən olan Twitter, bəd xəbər ilə gündəmə gəldi.
ZDnet'in paylaşdığı xəbərə görə 32 milyon Twitter hesabına ait şifrələrin olduğu bir fayl "Deep Web"də 10 bitcoin və ya 5,807$ qarşılığında satışa çıxarılıb və istifadəçilərin çoxunun Rusiya istifadəçiləri olduğu qeyd olunur. Bu barədə açıqlama verən və bazaya hər hansı giriş olmamasına baxmayaraq, mövzunu araşdırdıqları vurğulayan şirkət, bu gün daha bir addım atdı və hacklanan 32 milyon istifadəçinin hesabını blokladı, onların şifrələrini sıfırladı və hesab sahiblərinə email vasitəsilə bildirilməyə başlandı.
32 milyon şifrənin necə ələ keçirildiyini hələ də bilinmir. Amma ələ keçirilən hesabların arasında ən çox "123456", "123456789", "qwerty" və "password" kimi şifrələr istifadə olunub və görüldüyü qədər belə gücsüz şifrələr hələ də istifadə olunur.
Paylaş
Bənzər xəbərlər