main-post-cover

    36 saatlıq kod marafonu 'Barama Hackathon 2018' başladı

    Elm & Texnologiya
    05.05.2018
    Farid Pardashunas
        Bütün dünyada proqramçıların marafonu hesab edilən "Hackathon" yarışı Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi -nin təşkilatçılığı ilə artıq ənənə halını alaraq 5 -ci dəfə baş tutur.
        Səhər saatlarından etibarən 14 komandanın qoşulduğu yarışda proqramçılara verilən əsas tapşırıq 36 saat ərzində  Azercell müştərilərinə, onların cihazlarının təmir statusu barədə SMS və platform-daxili bildirişlərlə xəbər verən müstəqil platformanın yaradılmasıdır.
    Yarışda iştirak edən komandaların siyahısı aşağıdakı kimidir:
    1. AziiCoders
    2. Appex
    3. Saf Uşaqlar
    4. Bits and Bytes
    5. init1
    6. PixelSoft
    7. Dev Adamlar
    8. Web's dragons
    9. Byte Floyds
    10. Brogrammers
    11. AĞ4N4T1Q
    12. Reactive Team
    13. Seniors
    14. Crocusoft
    Qeyd edək ki, yarış Azercell və PAŞA Bank -ın dəstəyi ilə həyata keçirilir. Bütün yarış iştirakçılarının tibbi sığortası 36 ərzində PAŞA Sığorta tərəfindən sığortalanıb. Əlavə olaraq yarış müddəti ərzində iştirakçıların qida təminatını Özsüt restoranlar şəbəkəsi tərəfindən təmin edilir.
        36 saatın sonunda qalib komanda üçün daha bir xoş xəbər ondan ibarət olacaq ki, əgər hazırlanan məhsul Azercell tərəfindən təsdiqlənsə, həmin məhsul üzərindən xidmət göstərilməsi üçün komanda Azercell ilə 5000 AZN dəyərində müqavilə bağlayacaq. Yarışda 2 -ci və 3 -cü yerin sahibləri olan komandalar isə Azercell və PAŞA Bank tərəfindən dəyərli hədiyyələr ilə mükafatlandırılacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər