
360 dərəcə kameralı ilk eynəklər (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid
Berklidən olan startap, panoram kameralı ilk eynəkləri yaradıb.
ORBI Prime adlanan eynək, 360 dərəcəli foto və video çəkərək
onları sosial şəbəkələrdə paylaşmaq imkanını yaradır. ORBI Prime, 1080p keyfiyyətli
4 kamera ilə təchiz olunub. Onlardan ikisi eynək çərçivəsinin ön hissəsində,
digər ikisi isə arxa hissəsində yerləşir. Nəticə etibari ilə çəkilmiş foto və
videoların keyfiyyəti 4K-da olur. Həmçinin cihaz, videonun stabilizasiya sisteminə
sahibdir. Beləliklə videoçəkiliş zamanı əsmələrə yol verilmir. Cihaz şarjla
çalışır və onun enerji tutumu 90 dəqiqəlik çəkilişə bəs edir. Çəkilmiş
materialları həmin dəqiqə sosial şəbəkələrə yerləşdirmək olar.
Bunun üçün eynəklər Wi-Fi xüsusiyyətinə sahibdirlər. Eynəyin
korpusu polikarbonatdan hazırlanıb və IP64 standartlı sudan qorunma özəlliyinə
sahibdir. ORBI Prime-ın yaradıcılarının sözlərinə görə eynəkləri həm adi vəziyyətdə
həmdə idman dəbilqələri vasitəsilə istifadə etmək çox rahatdır. Hal-hazırda istənilən
şəxs ORBI Prime-ı 199$-a sifariş edə bilər. Cihaz gələn ilin Avqust ayında
satışa çıxacaq. Həmin vaxtda onun qiyməti 650 dollar təşkil edəcək. Qeyd etmək
lazımdır ki, layihə Indiegogo platformasında təqdim olunub və yaradıcılar artıq
250.000$ vəsait yığıblar. Halbuki startapçılara yalnız 75.000$ lazım idi.
Paylaş
Bənzər xəbərlər