
360 TB-lıq kiçik şüşə disk
Elm & Texnologiya
07.05.2017
Farid
Güman olunur ki, insanlar hər gün 10 milyon Blu-Ray disk həcmli
məlumat istehsal edirlər. Bu məlumatları isə hardasa saxlamaq lazım gəlir.
Britaniyalı alimlər bu problemin həllini tapıblar. Onlar 13.8 milyard il müddət
ərzində məlumatları özündə saxlaya bilən 360 TB-lıq kiçik 5D ölçülü şüşə diski
təklif edirlər. Məlumatların
saxlanılacağı diski yaratmaq üçün Sauthempton Universitetinin mütəxəssisləri
qısa və uzun işıq impulslarını yaradan femtosaniyəli (1 femtosaniyə saniyənin
kvadrillion hissəsinə bərabərdir) lazerdən istifadə edirlər. Həmin impulslar məlumatları
nanostrukturlu nöqtələrin 3 layına yazır. Nöqtələr arasındakı məsafə isə 5
mikrometr-dir (0.005 mm). Bəs 5D ölçü necə əmələ gəlir?
İlk
öncə hər bir nöqtənin üç ölçülü mövqesi, ölçüsü və oriyentasiyası var.
Yaradılmış nanostrukturları optik mikroskop və polyarizator ilə birlikdə oxumaq
mümkündür. Yeni nəsil SD diskinin yaradıcılarının sözlərinə görə bu cür
texnologiya böyük arxivlərin olduğu təşkilatlar üçün çox yararlıdır. Məsələn
muzeylər, kitabxanalar və s.
"Düşünürəm
ki, bu çox gözəl texnologiyadır hansı ki, gələcək nəsillər üçün böyük həcmli məlumatları
qoruyub saxlayacaq. Bu texnologiya bizim sivilizasiyanın son sübutu rolunu
oynaya bilər. Yəni bizim öyrəndiklərimiz yaddan çıxmayacaq” – deyə mütəxəssislərdən
biri olan Peter Kazansky bildirib. Sözügedən texnologiya bu həftə San-Fransisko
şəhərində keçirilmiş optik texnologiya üzrə beynəlxalq konfransda təqdim
olunub. Mütəxəssislər bu texnologiyanı hazır qlobal məhsula çevirmək üçün
istehsalçı tərəfdaşlar axtarışındadır. Baxmayaraq ki, bu texnologiya ilk dəfə
2013-cü ildə təqdim olunmuşdur indi o daha böyük həcmli məlumatların
saxlanılmasına qadirdir. Mütəxəssislər artıq diskə Ümumdünya insan hüquqları bəyannaməsini,
Nyuton optikalarını, Böyük Azadlıqlar Xartiyasını və Kral James-in İncilini
daxil ediblər.
Paylaş
Bənzər xəbərlər