
3D avatarınızı yarada biləcəyiniz proqram təqdim olundu
Elm & Texnologiya
07.05.2017
Farid
Texnologiyanın inkişafı gündəlik həyatımızda yeniliklərə olan təlabatı daha da artırmaqdadır. Artıq sahib olduğunuz bir selfi şəkli ilə 3D avatarınızı yarada biləcəksiniz.
Avatarlar bir çox insanın diqqətini cəlb
etməkdədir. Belə olan halda şirkətlər də buna uyğun yeni proqramlar təklif
edirlər. Avatarların diqqət çəkən tərəfi isə onun istifadəçi ilə nə qədər çox
oxşarlıq təşkil etməsidir.
Amma təqdim olunan yeni sistem, bu
proseduru fərqli formada təşkil edir. San Fransiskoda yerləşən süni zəka şirkətiLoom.ai, yeni sistemi nəticəsində sadəcə bir fotonuzu istifadə edərək 3D
avatarınızı ortaya çıxarır. Həmçinin əldə olunan nəticələr olduqca keyfiyyətlidir.
İnsan üzünün xətlərini öyrənən və bu çizgiləri
anlayan proqram, ortaya çıxardığı 3D avatarda uyğun görüntünü ortaya çıxarır.
Sözü gedən texnologiya hələ tam hazır
deyil. Amma Loom.ai texnologiyanı üçüncü hissə platformaların istifadəsi üçün
lisans almağa çalışır. Sistem, xüsusilə virtual reallıq mövzusunda vacib işlər
görməyə şərait yaradır.
3D avatarlar haqda videonu aşağıdan izləyə
bilərsiniz.
Paylaş
Bənzər xəbərlər