4 arxa kameraya sahib Galaxy A9s modeli Geekbench testindən keçdi

10.10.2018 0 PAYLAŞIM 549 OXUNMA

    Məşhur Geekbench bençmark saytında Samsung şirkətinin 4 arxa kameraya sahib yeni Galaxy A9s smartfonu ortaya çıxdı. Test olunan smartfon modeli SM-49200 kod nömrəsinə, 6 GB RAM-a və Android Oreo əməliyyat sisteminə sahib olub. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, Galaxy A9s Snapdragon 710 prosessoru ilə təchiz oluna bilər. Lakin Geekbench saytındakı testlər nəticəsindən belə qənaətə gəlmək olar ki, smartfon çox güman ki, Snapdrgon 660 prosessoru ilə təchiz olunacaq. Belə ki, Galaxy A9s modeli birnüvəli testdə 1609 xal, çoxnüvəli testdə isə 5844 xal toplayıb.


    Bu cür xal göstəriciləri Snapdragpn 660 prosessoru ilə təchiz olunan digər smartfonların xal göstəriciləri ilə eynidir. Məlumata əsasən Galalxy A9s Full HD+ keyfiyyətli 6.28 inç AMOLED ekran, 128 GB daxili yaddaş və 3720 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun əsas özəlliyi isə onun 4 arxa kameraya sahib olmasıdır. Belə ki, Galaxy A9s modelinin arxa panelində f/1.7 diafraqmalı 24 MP-lik, f/2.2 diafraqmalı 5 MP-lik, f/2.4 diarfaqmalı genişbucaqlı 8 MP-lik və f/2.4 diafraqmalı 10 MP-lik kamera olacaq. Smartfonun təqdimatı artıq sabah baş tuutacaq. Bundan əlavə olaraq təqdimatda həmçinin Galaxy A6s modelinin də təqdim olunacağı gözlənilir.