4 arxa kameraya sahib yeni Samsung Galaxy modelinin ilk fotoları sızdırıldı
Elm & Texnologiya
17.09.2018
Farid Pardashunas
Keçən həftə Samsung şirkəti 4 arxa kameraya sahib yeni smartfon modelinin təqdimatına işarə etmişdi. İndi isə AllAboutSamsung adlı mənbənin Instagram hesabında sözügedən smartfon modelinin render fotoları və adı təqdim olunub. Beləliklə məlumata əsasən 4 arxa kameraya sahib olacaq yeni Samsung modeli Galaxy A9 Star Pro adlanacaq. Fotolardan da görmək olar ki, Galaxy A9 Star Pro modeli kəskin uclara və 4 arxa kameraya sahibdir. Arxa paneldə həmçinin barmaq izi skanı texnologiyası yerləşir. Yeni Galaxy A9 Star Pro modeli 11 Oktyabr tarixində satışa çıxacaq. Smartfon adi qara, göy və çəhrayi qradient rənglərində satışa çıxacaq. Smartfonun Snapdragon 710 prosessoru əsasında çalışacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)