Logo
    main-post-cover

    4 düyümlük iPhone mediaya sızdı. (VİDEO)

    40 saniyəlik bir video ilə çoxdandır gözlənilən 4 inçlik iPhone-nun dizaynı ortaya çıxdı.
    Apple məhsulları təqdim edilməzdən əvvəl onları mediaya sızdıran Micgadget saytı bu dəfə çoxdandır gözlənilən iPhone-un yeni model 4 düyümlük telefonunun 40 saniyəlik videosunu bölüşdü. Mart ayında tanıtımı gözlənilən bu telefon iPhone 5e ya da iPhone 6c adlandırılacaq.
    Videodan göründüyü kimi iPhone 5e, iPhone 6/6s dizaynını davam etdirəcək. Eyni zamanda telefon metal gövdəyə sahib olacaq. Lakin iPhone 5e-də 3D Touch ekran texnologiyası olmayacaq. 4 düyümlük iPhone-da 1 GB RAMApple A8 yonga sistemi olacaq. NFC və ApplePay ödəmə sisteminin də iPhone 5e-də olması gözlənilir. Enerji tutumu isə 1624 mAh gücündə olacaq.

    Paylaş
    Bənzər xəbərlər