4 kameralı Huawei Mate 20 Lite smartfonu təqdim olundu
Elm & Texnologiya
01.09.2018
Farid Pardashunas
Huawei şirkəti İngiltərədə Mate 20
Lite smartfonunu təqdim etdi. Qeyd etmək lazımdır ki, sözügedən smartfon Mate
20 flaqman modelinin sadələşdirilmiş versiyasıdır. Mate 20 ilə Mate 20 Pro
flaqman modelləri isə bu ayın ortasında təqdim olunacaqlar. Xarici görünüşcə
Mate 20 Lite modeli keçən ilki Mate 10 Lite-dan fərqlənir. Smartfonlar həmçinin
texniki özəlliklərə görə də fərqlənirlər. Yeni model nazik çərçivələrə sahib
ekran, yeni prosessor, ikili arxa kamera və böyük həcmli batareya ilə təchiz
olunub.
Beləliklə Mate 20 Lite 19.5:9 nisbətli 6.3 inç Full HD+ keyfiyyətli LTPS
ekrana sahibdir. Ekranın yuxarı hissəsində yeni trend ənənəsinə uyğun olaraq
çıxıntı hissə var. Həmin çıxıntı hissədə isə danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər,
ön kameralar və müxtəlif sensorlar yerləşdirilib. Smartfonun arxa paneli isə
şüşədən hazırlanıb və ikili arxa kamera ilə barmaq izi skanı texnologiyasına
sahibdir.
Əsas texniki gösətiricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 710
prosessoru, Mali-G51 MP4 qrafik prosessor, 4 GB RAM, 64 GB daxili yaddaş (256
GB-a kimi microSD dəstəyi), 20 MP (f/1.8 diafraqmalı) + 2 MP ikili arxa kamera,
24 MP (f/2.0 diafraqmalı) + 2 MP ikili ön kamera və Super Fast Charger sürətli
enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Qeyd etmək lazımdır ki, Mate 20 Lite modelinin prosessoru həmçinin ayrıca süni
zəka blokuna da sahibdir. Süni zəka texnologiyası gün ərzində smartfonun EMUI
8.2 interfeysində yaxşı keyfiyyətli fotoların əldə olunması üçün çalışır.
Smartfon Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə Huawei
Mate 20 Lite smartfonu bu ilin Oktyabr ayında 490$ qiymətində satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)