49 milyondan çox Instagram bloqqerinin məlumatları açıq şəkildə aşkar edilib

49 milyondan çox Instagram bloqqerinin məlumatları açıq şəkildə aşkar edilib

Texnologiya
21.05.2019 PAYLAŞIM

    Kibertəhlükəsizlik üzrə mütəxəssis Anurag Sen açıq mənbə şəklində yerləşdirilmiş və özündə Instagram-ın məşhur bloqqer ilə brendlərinin kontakt məlumatlarını birləşdirən 49 milyondan çox məlumatı əks etdirmiş məlumatlar bazasını aşkar edib. Bu barədə Techcrunch saytına istinadən Vc.ru saytı xəbər verib. Sözügedən məlumat bazası Amazon Web Services-ə yerləşdirilib. Həmin bazada olan hər bir məlumat özündə təkcə Instagram hesabının ümumi məlumatını deyil həm də hesab sahibinin telefon nömrəsi ilə elektron poçt ünvanını da birləşdirib.

    Techcrunch-ın məlumatına əsasən bu məlumat bazası Hindistann Chtrbox adlı şirkəti ilə əlaqəlidir. Bu şirkət sosial şəbəkələrdə marketinq ilə məşğul olur və o cümlədən Instagram-da brendlərin reklamları vasitəsilə bloqqerlərə pul qazanmaqda yardımçı olur. Sözügedən məlumatlar bazasında Instagram hesabının qiyməti barəsində məlumatlar olub. Qiymət göstəricisinin təyin olunması zamanı Instagram hesabının abunəçilər sayı, target səviyyəsi, bəyənmə sayı və s. özəlliklər nəzərə alınıb. Bu üsulla şirkət öz Instagram hesabında reklam yerləşdirilməsinə görə bloqqerə nə qədər vəsait ödəyəcəyini təyin edir.

    Jurnalistlər məlumatları açıq şəkildə yerləşdirilmiş bir neçə Instagram bloqqeri ilə əlaqə saxlayıb. Onlar isə öz növbələrində təsdiq ediblər ki, öz Instagram hesablarının ayarlanması üçün onlar məlumatlar bazasında qeyd olunmuş telefon nömrələrindən və elektron poçt ünvanlarından istifadə ediblər. Bununla belə istifadəçilər heç bir üsulla Chtrbox şirkəti ilə əlaqəli olmayıblar. Daha sonra Techcrunch sözügedən şirkətə açıq mənbə şəklində yerləşdirilmiş məlumatlar bazası barəsində xəbər verib.

    Şirkət bundan xəbər tutan kimi dərhal həmin məlumatlar bazasını bağlayıb. Lakin bu məsələ ilə bağlı hansısa fikir bildirməkdən imtina edib. Instagram servisinin sahibi olan Facebook şirkəti bildirib ki, o, əldə olunmuş bu məlumatı incələməklə məşğuldur. Şirkət istifadəçilərin kontakt məlumatlarının hardan götürüldüyünü anlamağa çalışır. Bundan əlavə olaraq bu məsələnin aydınlaşdırılması üçün Facebook şirkəti Chtrbox-a müraciət edib.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilə..

Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi.


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..


Google şirkəti Pixelbook Go adlı yeni noutbuk modelini təqdim etdi - QİYMƏTİ..

Google şirkəti Chrome OS əməliyyat sistemini inkişaf etdirməkdə davam edir. Beləliklə Made by Google..


Google Pixel 4 və Pixel 4 XL təqdim olundular - QİYMƏTİ

Made by Google tədbiri çərçivəsində Google şirkəti sonunda Pixel 4 və Pixel 4 XL smartfon modellərin..


Yeni iOS versiyası iPhone'larda ciddi problemlər yaradıb

Proqram təminatı yenilənməsi əvvəlki versiyanın zəif nöqtələrini aradan qaldırmaq üçün nəzərdə tutul..