main-post-cover

    5 arxa kameralı Nokia 9 PureView smartfonu Bluetooth sertifikatlaşdırılmasından keçib

    Elm & Texnologiya
    19.12.2018
    Farid Pardashunas
        Bluetooth SIG saytında HMD Global şirkətinin növbəti flaqman smartfonu olan Nokia 9 PureView modeli ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bu, barəsində uzun müddətdir danışılan 5 arxa kameralı Nokia modelidir. Beləliklə Bluetooth SIG saytında sözügedən smartfonun 3 versiyası aşkar edilib. Onlar TA-1087, TA-1082 TA-1094 model nömrələrinə sahibdirlər.
        Çox güman ki, smartfonun hər 3 modeli öz aralarında sadəcə olaraq yaddaş həcmi baxımından fərqlənəcək. Təəssüflər olsun ki, saytda Nokia 9 PureView modelinin texniki göstəriciləri barəsində heç bir məlumat verilməyib. Sadəcə olaraq orda qeyd edilib ki, sözügedən smartfon Bluetooth 5.0 standartına sahib olacaq.

        Əvvəlki məlumat sızıntılarına əsasən Olympic kod adına sahib bu smartfon QHD+ keyfiyyətli 6 düym OLED ekran (ekran üzərində çıxıntı hissə olmayacaq), Snapdragon 855 prosessoru, 8 GB RAM, 256 GB-a kimi daxili yaddaş həcmi və 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfonun əsas özəllikləri sırasında isə ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası və arxa paneldə 5 kamera modulu olacaq. Nokia 9 PureView modelinin təmiz Android əməliyyat sistemi vasitəsilə çalışacağı güman edilir. Gözləntilərə əsasən smartfon gələn ilin birinci yarısında təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər