main-post-cover

    5 arxa kameralı Nokia 9 PureView smartfonunun kamera özəllikləri ortaya çıxdı

    Elm & Texnologiya
    13.02.2019
    Farid Pardashunas
        İnternetdə 5 arxa kameralı Nokia 9 PureView smartfon modeli barəsində artıq yetəri qədər məlumat var. Lakin indiyənə kimi smartfonun kamera özəllikləri barəsində məlumatlar gizli saxlanılırdı. Lakin bugün həmin məlumatlar da ortaya çıxıb. Belə ki, Nokiapoweruser adlı sayt Çinin Baidu portalına istinadən sözügedən smartfonunn 5 arxa kamera özəlliklərini təqdim edib. Beləliklə verilmiş məlumata əsasən smartfon iki ədəd 16 MP-lik, 2 ədəd 12 MP-lik və bir ədəd 8 MP-lik kameradan ibarət olacaq.
        Bundan əlavə olaraq smartfon teleobyektiv, genişbucaqlı sensor və obyektlərin 3D skanı üçün nəzərdə tutulmmuş TOF sensoru ilə də təchiz olunacaq. Məlumatda qeyd olunub ki, Nokia 9 PureView həmçinin Light Camera adlı texnologiyaya da sahib olacaq. Bu texnologiya vasitəsilə 5 kamera vasitəsilə eyni anda foto çəkmək olacaq və həmin fotoları 64 MP-lik keyfiyyətdə olan bir kadra birləşdirmək mümkün olacaq. Bundan əlavə olaraq bu cür çəkiliş zamanı smartfonun kameraları adi smartfon kameralarından fərqli olaraq 10 dəfə daha çox işığı əldə edəcək.

        Bu cür alqoritm isə yaxşı işıqlandırılmamış mühitdə yüksək keyfiyyətli çəkimlərin reallaşdırılmasına imkan verəcək. Son məlumatlara inansaq, Nokia 9 PureView HDR10 dəstəkli 2880x1440 piksel keyfiyyətli 5.99 düym AMOLED ekran, Snapdragon 845 prosessoru, 4/6 GB RAM, 128 GB daxili yaddaş həcmi və sürətli enerji yığma özəlliyinə sahib 4150 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon təmiz Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Nokia 9 PureView smartfonu bu ayın sonunda keçiriləcək MWC 2019 sərgisində təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər