main-post-cover

    5 arxa kameralı Nokia 9 PureView smartfonunun yeni fotosu ortaya çıxdı

    Elm & Texnologiya
    07.02.2019
    Farid Pardashunas
        91mobiles saytı 5 arxa kameralı Nokia 9 PureView smartfon modelinin növbəti fotosunu təqdim edib. Təqdim edilmiş foto smartfon barəsində əvvəlcədən sızdırılmış bütün məlumatları təsdiqləyir. Belə ki, smartfon şüşə materialdan hazırlanmış gövdəyə və metal çərçivələrə sahib olacaq. Gövdənin özü isə göy rəngdə olacaq. Smartfonun ön panelində genişformatlı ekran (çıxıntı hissəsiz), ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, ön kamera və danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər yerləşəcəklər.

        Smartfonun arxa panelində isə 5 kamera modulu yerləşəcək. Əvvəlki məlumat sızıntılarına inansaq, Nokia 9 PureView smartfonu 2K HDR 10 dəstəkli 6 düym OLED ekran, Snapdragon 845 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 4150 mAh enerji tutumlu batareya və USB-C girişi ilə təchiz olunacaq. Smartfon Android One proqramı çərçivəsində satışa çıxacaq. Bu isə o deməkdir ki, Nokia 9 PureView smartfonu təmiz Android əməliyyat sistemi vasitəsilə çalışacaq. Nokia 9 PureView smartfonu Nokia 6.2 modeli ilə birlikdə 24 fevral tarixində təqdim olunacaq (MWC 2019 sərgisindən bir gün qabaq).
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər