5 arxa kameraya sahib Nokia smartfonunun fotosu sızdırıldı
Elm & Texnologiya
07.09.2018
Farid Pardashunas
Bir neçə müddət bundan öncə internetdə güman olunan Nokia
9-un fotosu yayılmışdı. Yayılmış fotoda əks olunmuş smartfon modelinin
arxasında çoxlu sayda kamera vardı. Lakin buna baxmayaraq həmin foto keyfiyyətsiz
idi. İndi isə sözügedən smartfonun yeni və keyfiyyətli fotosu internetdə
yayılıb. Beləliklə yayılmış yeni fotodan da görmək olar ki, smartfonun arxa
panelində 5 ədəd Zeiss markalı kamera, işıqlandırma sistemi və lazer avtofokusu
var.
Bundan əlavə olaraq smartfonun arxa panelində bəzi məlumatların əks
olunduğu stiker də var. Beləliklə bu smartfon TA-1094 kod adına və iki SIM kart
girişinə sahibdir. Təəssüflər olsun ki, smartfonun texniki göstəriciləri barəsində
məlumatlar çox azdır. Məlumata əsasən smartfon Qualcomm şirkətinin flaqman
prosessoru (çox güman ki, Snapdragon 855) və LG şirkətinin istehsalı olan OLED
ekranla təchiz olunacaq. Bundan əlavə olaraq barmaq izi skanı texnologiyasının
birbaşa ekrana inteqrasiya olunacağı güman edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək