main-post-cover

    5 günlük missiyadan sonra SpaceX'in Crew Dragon kosmik gəmisi Yer kürəsinə qayıtdı (VİDEO)

    Elm & Texnologiya
    09.03.2019
    Farid Pardashunas
        SpaceX şirkətinin Crew Dragon adlı kosmik gəmisi BKS-də (Beynəlxalq Kosmik Stansiya) qaldığı 5 gün sonrası uğurlu şəkildə Yer kürəsinə qayıtdı. Bu, SpaceX şirkətinin sərnişin kosmik gəmisinin ilk test uçuşu idi. Test uçuşu zamanı Crew Dragon-un daxilində Ripley adlı maneken də var idi. Kosmik gəmi BKS-də 5 gün qalandan sonra uğurlu şəkildə Atlantik okeanına eniş edib. Bu barədə Vc.ru saytı xəbər verib. Daxilində maneken və BKS heyəti üçün olan 180 kq-lıq yük ilə birlikdə kosmik gəmi 2 mart tarixində kosmosa göndərilmişdi.

        3 mart tarixində isə kosmik gəmi avtomatik şəkildə BKS-ə birləşdirildi. 8 mart tarixində Crew Dragon Yer kürəsinə qayıtdı. NASA Commercial Crew Dragon proqramı çərçivəsində Crew Dragon və digər kommersiya məqsədli aerokosmik şirkətlərin kosmik gəmilərindən BKS-ə astronavtların çatdırılması üçün istifadə etməlidir. İndiyənə kimi astronavtların BKS-ə çatdırılması üçün NASA Rusiya istehsalı raketlərdən istifadə edirdi. Qeyd etmək lazımdır ki, Crew Dragon-un daxilinə 4-7 nəfər astronavt yerləşə bilər və o, BKS-ə bitişik vəziyyətdə 200 gün qala bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər