Logo
    main-post-cover

    50 dollarlıq saxta iPhone SE-ni necə fərqləndirmək olar?

    Günümüzdə bir çox insan saxta telefonlara aldanır. İstənilən telefonun saxta versiyasına bazarda rast gəlmək olar. Bəzən cihazlar arasında fərq o qədər hiss olunmur ki, saxta ilə originalı fərqləndirmək mümkün olmur. Bu dəfə ən yeni modellərdən biri olan iPhone SE telefonunu klonladılar...
     
    Saxta telefonlar original telefonlardan qiymətinə görə çox ucuz olur. Hətta 10 dəfə ucuz qiymətə belə ala bilərsiniz. Bu yaxınlarda EverythingApplePro kanalı tərəfindən iPhone SE modelinin klonu ilə originalı arasında bir qarşılaşdırılma edildi. Telefonlar ilk baxışdan bir birindən qəti fərqlənmir və belə demək mümkündürsə, bir çox insan çox asan şəkildə aldana bilər.
    Dizayn
    Videoda izlədiyimiz qədərilə iki telefon arasında dizaynda heç bir fərq yoxdur. Xarici görünüşü olduqca aldadıcı olan saxta iPhone SE modelində Apple logosundan tutumuş xarici detallara qədər hər şey eynidir. İkisi arasında xarici görünüşə görə heç bir fərq olmayan telefonları bir birindən ayırmaq mümkün deyil.
    Əməliyyat sistemi və proseslər
    Amma cihazlar arasında fərq onların əməliyyat sistemi ilə üzə çıxır. Belə ki, telefonları ilk dəfə açdıqda saxta telefonu çox asanlıqla fərqləndirmək mümkün olur. Original iPhone ekranları çox keyfiyyətli olur və rəng korreksiyasını çox ideal aparır. Amma saxta telefonda rəng korreksiyası çox keyfiyyətsiz olur və solğun ekran cihazın saxta olduğunu sübut edir. Açıldıqdan sonra telefonda olan sistemin iOS olmadığını həmin an görmək mümkündür. Proqramların siyahısı, sistem proqramları original telefondakı kimi deyil. Hətta proqram endirmək üçün App Store`dan belə istifadə etmək mümkün deyil. Original sistem olmadığı üçün market işlərmir.
    Korpus detalları
    Saxta iPhone SEhəqiqətən originalından xarici görünüşünə görə fərqlənmir. Amma burada da keyfiyyət öz sözünü deyir. Videonun sonlarından gördüyümüz kimi, telefonun detalları tökülməyə başlayır. Cihazda barmaq sensoru işləmir. Üzərindəki qoruyucu örtüyü çıxardıqda isə üz qapağı sökülməyə başlayır.
    Telefon alarkən onun bütün detallarına diqqət yetirin. Kamerasını yoxlayın, yaddaşının həcminə baxın. Əməliyyat sistemindən əmin olun. Ekranın keyfiyyətinə nəzər yetirin, rəngsiz, solğun ekranlı telefonlar saxta ola bilər. Telefon almamışdan qabaq internetdən onun xüsusiyyətləri ilə maraqlanın. Belə olduqda telefon alarkən sizə lazım olan bütün detallara diqqət yetirə biləcəksiniz.
     

     
    Paylaş
    Bənzər xəbərlər