main-post-cover

    5G nədir? Necə istifadə olunur?

    Elm & Texnologiya
    12.04.2018
    Orxan Oguz
        Beşinci nəsil mobil rabitə texnologiyaları (5G) Azərbaycan gündəmində hələ ki, kifayət qədər müzakirə olunmur. Amma dünya, 5G-ə keçid mərhələsindədir. Yaxşı, bəs nələr baş verəcək? Dünya bir neçə ildir ki, 4G texnologiyalarının yayılmasını izləyir, amma, servis mərkəzləri çoxdandır ki, 5G üzərində işlər görürlər.
        2G-dən 3G-ə keçid üçün sərf olunan vaxtdan daha çoxu 3G-dən 4G-ə keçid üçün sərf olundu. 4G-dən 5G-yə keçidin isə daha qısa müddətdə gerçəkləşməsi gözlənilir. Burada əsas məsələ, istifadəçinin ehtiyaclarıdır. Mobil istifadəçilər daha çox baza və daha çox sürət tələb etdikcə mobil şəbəkələrin indiki vəziyyətləri buna kifayət etmir. Belədə, operatorlar daha sürətli, daha yüksək keyfiyyətli texnologiyaları üzə çıxarmaq üçün işlərə başlayırlar. 
        5G yavaş-yavaş həyatımıza daxil olur. Yaxşı, bəs bu G-lər nə olan şeydir? 5G-nin adındakı G hərfi ingilis dilindəki Generation (Generasiya) sözündən gəlir və naqilsiz mobil əlaqə texnologiyasını simvolizə edir. Bu generasiyalar naqilsiz olaraq çatdırıla bilən məlumatın sürəti ilə müəyyən olunur. Hər generasiya öz quruluşu və məlumat emalı üsullarına sahibdir. Amma hər generasiyanın əvvəlki generasiyanın quruluşunu tanıyıb işlədə bilməsi də vacibdir.
        1G analoq özəkli quruluşa sahib idi. 2G texnologiyası CDMA, GSM və TDMA texnologiyalarını gətirdi. Bunlar eyni zamanda, ilk rəqəmsal özəkli texnologiyalar idi. GSM texnologiyası sayəsində mobil telefonların hər kəsin cibinə yerləşəcək qədər kiçildiyinin şahidi olduq. 3G texnologiyaları isə məlumat çatdırma sürətində inqilab yaşatdı. EVDO-HSPA və UMTS sayəsində 200 kbps sürətdən başlayaraq saniyədə meqabit sürətə çatan məlumat ötürməsi mümkün oldu. Beləliklə, mobil telefonlarımızla videogörüntü ilə əlaqə saxlaya bildik, internetdə sürətlə gəzdik və YouTube portalında sürətli formada videoları seyr etdik!

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər