main-post-cover

    5G şəbəkə dəstəyinə sahib olacaq ilk smartfon modeli OnePlus'ın təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    13.12.2018
    Farid Pardashunas
        OnePlus şirkəti də digər smartfon istehsalçıları kimi özünün yeni nəsil 5G şəbəkə dəstəkli smartfon modeli üzərində çalışır. İndi isə smartfonun nə zaman təqdim olunacağı barəsində məlumat verilib. OnePlus şirkətinin CEO-su Pete Lau-nun verdiyi məlumata əsasən 5G dəstəkli OnePlus modeli adi OnePLus 6T modelindən 200-300$ daha baha qiymətə satılacaq. Bu isə o deməkdir ki, onun təqribi qiyməti 800-850$ təşkil edəcək. Bu cür qiymət göstəricisi çox olsa da Pete Lau-nun sözlərinə əsasən şirkət yüksək tirajla həmin smartfonu satmağa ümid etmir. Məlumata əsasən OnePlus 5G modeli Snapdragon 855 prosessoru və Snapdragon X50 5G modemi ilə təchiz olunacaq. Smartfonu gələn ilin May ayının sonunda təqdim edəcəklər. İlk öncə o, İngiltərənin EE adlı mobil operatorunda satışa çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər