main-post-cover

    5G təchizatlarının aviasiya üçün təhlükə yarada biləcəkləri məlum olub

    Elm & Texnologiya
    09.12.2021
    Emil Nəcəfov
        ABŞ Mülki Aviasiyası üzrə Federal İdarəetmə (FAA) bildirib ki, ölkə tərəfindən ayrılmış santimetrlik diapazonda çalışan 5G təchizatlar tərəfindən olan müdaxilələr reallaşdırılan uçuşları təhlükə altına ata və qəsdən düşünülmüş təxribatların yaradılmasına imkan verə bilər. Aviasiya sahəsinin təmsilçiləri və FAA daha öncədən 3.7-3.98 GHz (5G C-Band) diapazonlarda çalışan 5G təchizatlarının yarada biləcəkləri müdaxilələr barəsində narahatlıqlarını bildirmişdilər. Belə ki, bu cür diapazonda çalışan 5G təchizatlar yüksək səviyyəli həssaslığa sahib aviasiya təchizatlarına təsir göstərə bilərlər. Buna misal olaraq radio-yüksəklikölçən aparatı gətirmək olar. Bu səbəblə də AT&T Verizon mobil operatorları noyabr ayında bu cür 5G şəbəkələrin istifadəyə verilməsini 5 yanvar tarixinə kimi təxirə salmağı qərara aldılar
         FAA isə öz növbəsində yerüstü mənbələrdən santimetrlik diapazonda siqnalların olduqları halda radio-yüksəklikölçən kimi aparatların təyyarələrdə və vertolyotlarda istifadəsinin qadağan olunması üzrə göstərişlər verib. Belə ki, santimetrlik diapazonda olan siqnallar radio-yüksəklikölçən aparatlarda anormal davranışların yaranmasına gətirib çıxarda bilər. Əsasən də bu, havadakı uçuş obyektinin daha aşağı hündürlükdə olduğu zaman baş verir. Bununla belə FAA bildirib ki, 5G şəbəkələrin geniş şəkildə yayılması öz növbəsində aviasiya sahəsinin tələblərinə uyğunlaşdırıla bilər. Hal hazırda FAA bu məsələ ətrafında Federal Rabitə Komissiyası, Ağ Ev və bu sahənin təmsilçiləri ilə konsultasiyalar aparır. Aparılan konsultasiyalar çərçivəsində bu məsələ ilə bağlı dəqiq məhdudlaşdırıcı tədbirlərin təyin olunması gözlənilir.
    Linki kopyala