Logo
    main-post-cover

    6 dəqiqəyə tam şəkildə şarj olunan konseptual elektromobil təqdim olunub

        CallumNyobolt adlı şirkətlər birgə idman tərzində olan konseptual elektromobili təqdim ediblər. Təqdim edilmiş konseptual elektromobil Nyobolt adını əldə edib. Onun əsas fərqləndirici özəlliyi isə ondadır ki, o, mövcud olan infrastrukturun istifadəsi ilə cəmi 6 dəqiqəyə şarj olunur. Bununla yanaşı elektromobil xarici görünüşcə məşhur Lotus Elise avtomobilini xatırladır. Əslində isə elektromobilin xarici görünüşcə Lotus Elise avtomobilinə bənzəməsi heç də təsadüfi deyil. Belə ki, hər iki nəqliyyat vasitəsinin dizaynı üzərində məşhur avtomobil dizayneri olan Julian Thomson çalışıb.
        Beləliklə məlumata əsasən Nyobolt adlı konseptual elektromobil karbon gövdə ilə təchiz olunub. Elektromobilin çəkisi 1 ton təşkil etdiyi üçün onda olduqca kiçik ölçülü litium-ion batareyadan istifadə edilib. Məlumata əsasən elektromobilin batareya həcmi 35 kilovatt saat təşkil edir. Bu cür batareya sayəsində elektromobil 250 km yol qətt edə bilər. Müasir elektromobillərin qətt edə bildikləri məsafə göstəricilərini nəzərə alsaq, Nyobolt-un qətt edə bildiyi məsafə göstəricisi olduqca aşağıdır. Lakin Nyobolt sürətli şarj texnologiyası vasitəsilə bunu kompensasiya edir. Belə ki, elektromobili 100% enerji ilə təmin etmək üçün sadəcə 6 dəqiqə vaxt lazımdır. Nyobolt-un nəticədə satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş
    Bənzər xəbərlər