Logo
    main-post-cover

    6 il bundan öncə kosmosa göndərilmiş Tesla Roadster kosmosun hansı hissəsindədir? (VİDEO)

    Elm & Texnologiya
    24.05.2024
    Emil
         Elon Musk-ın SpaceX şirkəti 6 il bundan öncə Super Heavy raketinin ilk uçuş missiyası çərçivəsində kosmosa Tesla Roadster elektromobilini göndərmişdi. Həmin vaxtdan sözügedən elektromobil saatda 25 290 km sürətlə Yer kürəsindən uzaqlaşır. Tesla Roadster-in kosmosdakı hərəkətini və yerini müşahidə edən Where Is Roadster adlı saytın məlumatlarına əsasən 6 fevral 2018-ci il tarixində kosmosa göndərildiyi andan Tesla Roadster Günəş ətrafında 4.1 dəfə dövr edib. Elektromobilin kosmosa göndərilməsindən sonra astronomlar hətta onun orbitini və Yer kürəsinə düşmə ehtimalını hesablamağa çalışıblar.
         “İlk əvvəl Roadster-in orbiti Yer kürəsinin orbiti ilə əlaqəli idi. Buna görə də elektromobilin Yer kürəsinin orbiti ilə toqquşma ehtimalı yüksək olaraq qalacaq. Lakin onun Günəşin yaxınlığında yanacağı və ya Yer kürəsinə düşəcəyi hələ tam aydın deyil” - deyə astronomlar qeyd ediblər. Mütəxəssislər güman edirlər ki, Roadster-in Yer kürəsi sinifinə daxil olan planetlərdən biri ilə toqquşması ehtimalı daha yüksəkdir. Söhbət, Merkuri, Venera Mars planetlərindən gedir. 2047-ci ildə elektromobil bu planetlərə ən yaxın məsafəyə (5 milyon km) yaxınlaşacaq və bir daha bu cür yaxınlaşma 100 ildən sonra baş tutacaq.
    Paylaş