main-post-cover

    6 ildən sonra robotlar iş yerlərinin yarısından çoxunu ələ keçirəcəklər

    Elm & Texnologiya
    19.09.2018
    Farid Pardashunas
        Yaxın 4 il ərzində robotlar tərəfindən görülən işlərin payı 29%-dən 42%-ə yüksələcək. 2024-cü ildə isə bu göstərici 62% təşkil edəcək. Bu barədə Ümumdünya İqtisadi Forumunun tədqiqatında deyilir. Tədqiqat çərçivəsində alimlər böyük şirkət rəhbərləri arasında sorğu apararaq yaxın 6 ildə işçi qüvvəsinin nə qədər hissəsinin avtomatlaşdırılacağını soruşublar. Bundan əlavə olaraq tədqiqatçılar qeyd ediblər ki, robotlar 75 milyon iş yerinin ələ keçirilməsindən əlavə olaraq 133 milyon yeni iş yeri yaradacaqlar. Yeni iş yerlərinin böyük bir hissəsini isə mühəndislər və tərtibatçılar əhatə edəcəklər. Əsasən robotlardan satış və dəstək xidməti sahələrində istifadə olunacaq. Lakin gələcəkdə onlar artıq sırf insan üçün nəzərdə tutulmuş vəzifələrdə də istifadə olunacaqlar. Məsələn robotlar idarəetmə və layihələrin koordinasiyası sahələrində qərarların qəbul olunması üzrə işləri yerinə yetirə biləcəklər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər