
Samsung şirkəti Galaxy M31 smartfon modelini təqdim etməklə özünün orta büdcəli smartfonlar seriyasını genişləndirdi. Galaxy M31-in əsas özəllikləri arasında böyük ölçülü Super AMOLED ekran, təkmilləşdirilmiş kameralar, yüksək RAM göstəricisi və yüksək batareya həcmi var. Bu barədə Fonearena saytı xəbər verib. Beləliklə Galaxy M31 smartfonu 2340x1080 piksel keyfiyyətli 6.4 düym Super AMOLED ekran əldə edib. Ekranın ətrafında nazik çərçivələr, yuxarısında isə damcı formalı çıxıntı hissə yerləşdirilib. Barmaq izi skanı tenxologiyası smartfonun arxa panelindədir.
Android N ilə gələ biləcək xüsusiyyətlər!
Əsas texniki göstəricilərə gəldikdə isə Galaxy M31 Exynos 9611 prosessoru, Mali-G72MP3 qrafik sürətləndirici, 6 GB RAM, 64/12 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 64 MP (f/1.8 diafraqmalı Samsung GW1 sensoru) + 8 MP (f/2.2 diafraqmalı və 123 dərəcə bucaq təsvirli) + 5 MP (f/2.2 diafraqmalı) + 5 MP (f/2.2 diafraqmalı makroobyektiv) dördlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra Galaxy M31 modeli 26 saat ərzində video izləmə rejimində və 48 saat ərzində isə danışıq rejimində çalışa bilər. Smartfon 5 mart tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib model 209$-a, 128 GB daxili yaddaşa sahib model isə 223$-a satılacaq.
6000 mAh batarıya dedikdə insan heyrətlənir. Amma Samsung Exynos prosessuru 6ay rahat işlədikdən sonra isinməyə,donmağa başlayacaq bu da onun mənfi cəhəti
6000 mAh əla görünür
Yeni Exynos-larda o problemlər əvvəlkinə nəzərən azalıb. Amma yenə də Snapdragon forever :)
Samsung a31 yoxsa m31?
Samsung həm tez qızır həmdə batareya ömrü az olur