main-post-cover

    85 milyon insan Minecraft ilə proqramlaşdırmanı öyrənib (VİDEO)

    Elm & Texnologiya
    06.03.2018
    Farid Pardashunas
    Məktəblilər arasında informatikanın məşhurlaşdırılması ilə məşğul olan Code.org adlı qeyri-kommersiya təşkilatı “Microsoft” şirkəti ilə birgə hazırladığı “Minecraft – Hour of Code” layihəsinin nəticələrini bölüşüb.
        Bir zamanlar tərtibatçılar əyləncə sahəsində digərlərindən geridə qalan cəmiyyət kimi qəbul olunurdular. İndi isə onlar “oyunlar zəka inkişafının qarşısını alırlar” kimi xoş olmayan stereotiplərdən azad olmaqla məşğuldurlar. Günümüzdə interaktiv əyləncə vasitələri uşaqların təhsilə maraqlarının artmasına böyük töhfə verir. Və görünür, təhsili maraqlı macəraya çevirmək əla fikir idi.
        “Minecraft – Hour of Code” layihəsinin əsas məqsədi proqramlaşdırmanın heç də qəliz bir iş olmadığını sübut etmək və məktəbliləri yeni texnologiyalar ilə tanış etməkdir. Bunun üçün təşkilat müxtəlif oyun və proqram təminatı istehsalçılarını birgə işə cəlb edir. Bu üsulla onlar informatikanın əsaslarına aid böyük olmayan dərsliklər hazırlayırlar. Code.org tərəfindən təqdim olunmuş hesabatda Minecraft oyununun yaradıcıları ilə olan əməkdaşlıqdan bəhs olunub.

        Minecraft artıq uzun illərdir ki, insanların ağıllarını fəth edən konstruktor oyunudur. Dəqiq struktura sahib böyük virtual dünya təhsil mühitinin yaradılması üçün ideal sahədir. Bir fənn üzrə tədris edən digər proqramlardan fərqli olaraq Minecraft tamamilə bütün fənlər üzrə tədris keçir. Həndəsədən tutmuş tarixə kimi. Minecraft artıq çoxdandır ki, əyləncə vasitəsi kimi qəbul olunmur. Öyrənilməsi sadə olan bu indie sənət əsərinin artıq böyük pərəstişkar kütləsi var. 90 milyonluq insan kütləsi özü-özlüyündə artıq sosial şəbəkəni xatırladır. Bu göstəricinin 85 milyonu isə Minecraft üzərindən pulsuz videodərsliklər vasitəsilə kodlaşdırmanın baza özəlliklərini öyrəniblər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər