main-post-cover

    87 milyon istifadəçi məlumatının sızdırılması qalmaqalındakı Cambridge Analytica şirkəti bağlandı

    Elm & Texnologiya
    03.05.2018
    Farid Pardashunas
    Analitik şirkət olan Cambridge Analytica ABŞ və İngiltərədə olan hər 3 ofisinin bağlandığını bildirib. Şirkətin verdiyi bəyanatda qeyd edilib ki, 87 milyon Facebook istifadəçisinin məlumatlarının sızdırılması qalmaqalından sonra şirkətin bütün müştəriləri onunla əməkdaşlığı dayandırıblar. Bundan əlavə olaraq məlumata əsasən şirkət ABŞ-ın maliyyə nizamlayıcısına olan cərimənin ödənilməsi ilə bağlı problemlərlə qarşılaşıb.
    Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə istifadəçi məlumatlarının sızdırılması qalmaqalında əsas səbəbkar tərəf kimi məhz Cambridge Analytica şirkəti olmuşdur. Belə ki, şirkət 87 milyon Facebook istifadəçisinin məlumatlarını əldə etmişdi. Həmin istifadəçilərdən böyük bir hissəsi isə ABŞ sakinləri idi. Çox güman ki, sözügedən istifadəçi məlumatlarından ABŞ-dakı prezident seçkilərinin reklam kampaniyalarının yaradılmasında istifadə olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər