
9 il öncə təqdim edilmiş ilk iPhone modeli haqqında sərt şərhlər
Elm & Texnologiya
07.05.2017
Farid
9 il bundan öncə iPhone-nun ilk modeli təqdim olunanda
insanlar bu cihaza sərt reaksiyalar vermişdilər. Bir çoxlarının fikrincə bu
smartfon uğursuzluğa düçar olacaqdı. Bu günki gündə 9 il bundan öncə təqdim
olunmuş ilk iPhone modelinə nəzər yetirmək bir qədər qəribədir. Əgər həmin təqdimatdan
sonra insanların smartfon barəsindəki reaksiyaları görmək istəyirsinizsə onda
sizlərə ilk iPhone modeli haqqında yazlmış o vaxtın şərhlərini təqdim edirik.
"Dostlar, görünür sizlərdən heç kim başa düşmür ki,
telefonda sensor ekranı reallaşdırmaq necə də pis bir fikirdir. Mən bununla
bağlı bir sıra problemləri öncədən deyə bilərəm. Çox sağolun. Lakin mən öz Samsung A707 cihazımı istifadə etməyə davam edəcəm. Hesab edin ki, mən məyus
olmuşam”
"Sensorlu
ekran? Bu çox pis
ideyadır. Bu texnologiya heç vaxt çalışmayacaq”
"Bu halda, deyildiyi kimi ya qatara minməlisən yada qatarın
sənin üzərindən keçməsini gözləməlisən”
"Belə
də yox "Apple”. Artıq hər
şey bitib”
"Bu cihaz həqiqətən mənim Nokia 6030 modelimi əzəcək”
"Steve
bəs mənim radiom hardadır?”
"Aman
Tanrım. Nyuton yenidən doğuldu”
"QWERTY klaviatura yoxdur? Ojhsdodsagfadhjldgs!!”
"iPod,
mobil telefon və cib kompüterinin düşük etmiş uşağına bənzəyir. Mən şübhələnirəm
ki, əldə bu cihaz uzun müddət bu cür parlaq qalacaq”
"Batareya 5 saat çalışacaq!!!!!!!! Siz ələ salırsız yoxsa
zarafat edirsiniz? Axı bu noutbook deyil telefondur”
"Lənətə gəlsin!!! Əgər siz düşünürsünüz ki, bu cihaz
böyükdür, onda Steve-in cihazı kameraya yaxın məsafədə tutduğu fotoya baxın. O,Motorola Razr modeli ölçüsündədir! Wi-Fi! Bu qədər. Əlvida digər smartfon
istehsalçıları”
"Məni bu iPhone təəccübləndirmədi. Mən cib kompüteri və Windows
Mobile-dan istifadə edirəm. iPhone-nun isə mənim mobil cihazım üzərində heç
bir üstünlüyü yoxdur. Yox "Apple” çox sağol. Xahiş edirəm əsl cib kompüteri
yaradın”
"Çox gözəl görünüşü var. Lakin inanmıram ki, bu cihaz mobil
telefon dünyasında növbəti iPod olsun. "Apple” bu qədər vaxtı sadəcə bir mobil
telefon yaratmağa sərf edib. "Samsung” və "Motorola” isə hər bir neçə aydan bir
yeni telefon satışa çıxardır. Bununla yanaşı onların hər yeni cihazında
yeniliklər və innovasiyalı xüsusiyyətlər olur. Üzr istəyirəm lakin əgər mən
ismarıc göndərmək istəsəmsə onu klaviaturada yazmağı üstün tutaram, nəinki
barmağım ilə ekrana klikləməyi”
"Bütün bu şərhlər mənə birinci iPod-un uğursuz olacağı
fikirlərini xatırladır”
"BlackBerry öldü. Bu, digər "ağılsız” telefon və cib kompüterlərinə də aiddir. Şükür
tanrıya. Tanrı sizlərə rəhmət eləsin. BlackBerry, Palm və Treo”
"Deyəsən mən beyindəki dəliliyin səslərini eşidirəm”
"Əlvida Zune”.
Paylaş
Bənzər xəbərlər