IBM şirkəti dünyanın ən güclü kvant prosessorunu yaradıb

IBM şirkəti dünyanın ən güclü kvant prosessorunu yaradıb

Texnologiya
16.11.2021 PAYLAŞIM

    IBM şirkəti kvant hesablamaları üçün nəzərdə tutulmuş yeni növ prosessoru yaratdığını elan edib. Şikrətin fikrincə sözügedən prosessor növbəti 2 il ərzində bəzi tapşırıqların yerinə yetirilməsi məsələsində kvant sistemlərinə ənənəvi kompüterləri geridə qoymaqda yardımçı olacaq. IBM bildirib ki, onun yaratmış olduğu Eagle adlı yeni kvant prosessoru 127 kubitə (kvant kompüterində ən kiçik informasiya vahididir və kvant hesablamalarda istifadə olunur) sahibdir. Bu isə onu dünyanın ən güclü kvant prosessoru edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Çində dünyanın ən güclü kvant kompüteri təqdim olunmuşdu və o özündə 55 kubiti birləşdirir.

    IBM şirkəti isə Eagle adlı yeni kvant prosessoru barəsində ətraflı məlumat verməyib. Şirkət bildirib ki, Eagle adlı kvant prosessorunun yaradılması zamanı onun öyrənmiş olduğu yeni üsullar nəticədə daha yüksək performanslı prosessorların yaradılmasına imkan verəcəklər. Şirkət 2022-ci ildə 433 kubitə sahib Osprey adlı və 1121 kubitə sahib Condor adlı kvant prosessorlarını təqdim etməyi planlaşdırır. IBM əmindir ki, bu cür prosessorlar onu “kvant üstünlüyü”nə çatdıracaq. “Kvant üstünlüyü” dedikdə kvant kompüterlərin ənənəvi sistemləri geridə qoya biləcəkləri an nəzərdə tutulur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Snapdragon 8 Gen 1 prosessorlu smartfonların ön kameraları daimi şəkildə aktiv o..

Snapdragon 8 Gen 1 prosessoruna sahib olacaq smartfonların ön kameraları daimi şəkildə aktiv olacaql..


Alimlər duz dənəciyi ölçüsündə rəngli HD kamera yarada biliblər

Prinston və Vaşinqton Universitetlərindən olan alimlər duz dənəciyi ölçüsündə kamera yarada biliblər..


Yeni Snapdragon 8 Gen 1 flaqman mobil prosessoru təqdim olunub

Baş vermiş çoxlu sayda məlumat sızıntısından sonra Qualcomm şirkəti sonunda özünün yeni flaqman pros..


Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərin..

2021-ci ilin əvvəlindən başlayaraq Çin hökuməti Çində kriptovalyuta mayninqi ilə mübarizə aparmağa b..


Alimlər öz kopyalarını istehsal edə bilən və PacMan-a bənzəyən bioloji ksenobotl..

Beynəlxalq alimlər komandası mikroskopik ölçüdə olan canlı orqanizmlər yarada biliblər. Yaradılmış o..


Apple bəzi cihazları üçün nəzərdə tutulmuş naqilsiz şarj stansiyasını təqdim edə..

Bloomberg saytının verdiyi məlumata əsasən Apple şirkəti AirPower adlı naqilsiz şarj stansiyasından ..

×