Inifinix şirkəti smartfonlar üçün 260 vatt gücündə yüksək sürətli şarj texnologiyasını təqdim edib

Inifinix şirkəti smartfonlar üçün 260 vatt gücündə yüksək sürətli şarj texnologiyasını təqdim edib

Texnologiya
10.03.2023 PAYLAŞIM

    Infinix şirkəti rekord göstəricidə yüksək sürətli şarj texnologiyasını təqdim edib. Söhbət, 260 vatt gücündə olan All-Round FastCharge adlı yüksək sürətli şarj texnologiyasından gedir. Bununla belə sözügedən texnologiya həmçinin 110 vatt gücündə sürətli naqilsiz şarjı da təqdim edir. Infinix şirkəti smartfonun bu texnologiya vasitəsilə şarj müddətinin statistikasını təqdim edib və bu cür yüksək sürətli şarj rejimi çərçivəsində smartfon batareyasının çalışma müddətini açıqlayıb.


    Məlumatda qeyd edilib ki, All-Round FastCharge texnologiyasının əsasını Infinix şirkətinin 180 vatt gücündə olan digər yüksək sürətli şarj texnologiyası Thunder Charge təşkil edir. Şirkət bildirib ki, 4400 mAh enerji tutumlu batareya bu yeni yüksək sürətli şarj texnologiyası vasitəsilə 100% enerjini 8 dəqiqəyə, 25% enerjini isə 1 dəqiqəyə yığır. Bununla belə 1000 dövr şarj prosesindən sonra smartfon batareyası öz həcminin yalnız 10%-ni itirir. Məlumatda qeyd edilib ki, All-Round FastCharge adlı yeni yüksək sürətl şarj texnologiyasını əldə edəcək ilk smartfon bu il təqdim ediləcək Infinix Note olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..


Samsung Exynos 2300 prosessoru barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə insayderlər Samsung şirkətinin Exynos 2300 adlı yeni flaqman prosessoru ..


Qualcomm subflaqman və orta büdcəli smartfonlar üçün Snapdragon 7+ Gen 2 prosess..

Qualcomm şirkəti Snapdragon 7 seriyasının yeni prosessorunu təqdim edib. Söhbət, Snapdragon 7+ Gen 2..

×