Intel 5 Ghz-i keçən yeni 10.nəsil Comet Lake-S prosessorlarını təqdim etdi

Intel 5 Ghz-i keçən yeni 10.nəsil Comet Lake-S prosessorlarını təqdim etdi

Texnologiya
04.05.2020 PAYLAŞIM

        Intel şirkəti nəhayət ki, yeni 10.nəsil Comet Lake-S Desktop(Stolüstü) kompüterlər üçün olan prosessorlarını təqdim etdi. 14 nm istehsal arxitekturasında hazırlanan bu prosessorlar 5 Ghz tezlik sərhəddini keçə bilirlər. Bu prosessorlardan ən güclüsü olan Core i9-10900K ön plana çıxır. 

10.nəsil yeni Core i9-10900K prosessoru 5.3 Ghz tezliyinə çatan 10 nüvəyə və 20 iş parçacığına malik prosessordur.


        Yeni 10.nəsil Core i9-10900K prosessoru standart halında 3.7 Ghz tezliyə malikdir. Yük altında isə 5.3 Ghz tezliyə qədər çıxa bilir (Əlbəttə bunun üçün çox yaxşı soyutma sistemi lazımdır). Satış qiyməti isə 488 dollardır. Şirkət həmçinin Core i7 prosessorları ilə də istifadəçilərə 5 Ghz limitini keçməyi vəd edir.

        Intel artıq Core i3 modellərinə də Hyper Threading dəstəyini gətirərək iş parçacığının sayını artırır. Əlbəttə burda AMD şirkəti ilə rəqabət böyük rol oynayır. Çünki AMD şirkətinin hal-hazırda bütün son nəsil prosessorlarında Hyper Threading dəstəyi var. Lakin AMD şirkəti 7 nm istehsal arxitekturası istifadə etdiyi halda Intel 10.nəsildə də 14 nm istifadə edir. Bu səbəbdən yeni prosessorlar daha çox qızıb daha çox enerji istifadə edirlər.

Turbo Boost Max 3.0 və Thermal Velocity Boost texnologiyaları 10.nəsil ilə istifadəçilərə təqdim edilir.

        Intel şirkəti 10.nəsil Comet Lake-H adlı noutbuk prosessorları ilə də 5 Ghz sərhəddini keçməyi hədəfləyir. Qeyd edək ki, 10.nəslin əsas üstünlüklərindən biri Turbo Boost Max 3.0 texnologiyasıdır. Bu texnologiya ilə prosessordakı ən güclü 2 nüvə seçilərək yük altında performansı artırılır. Əlavə olaraq sadəcə Core i9 modellərində olan Thermal Velocity Boost texnologiyası da istifadəçilərə təqdim edilir. Əgər prosessor 70 dərəcə altında işləyərsə onun tezliyi 100 Mhz daha artırılaraq 5.3 Ghz-ə yüksəldilir. Lakin yenə qeyd edək ki, bunun üçün çox yaxşı soyutma sisteminə malik olmalısınız.

        Intel AMD ilə rəqabət apara bilmək üçün 10.nəsil Comet Lake-S prosessorlarında Overclock üçün də bəzi optimizasiyalar və yeniliklər gətirir. Qeyd edək ki, Overclock prosessora gələn gərginliyi artıraraq daha yüksək tezliklərə çıxmaq üçün edilən bir prosesdir. Intel, Extreme Tuning Utility adını verdiyi proqramla yeni nəsil prosessorları daha geniş şəkildə overclock edilməsinə imkan yaradır.

        Intel şirkətinin təqdim etdiyi bütün 10.nəsil prosessorlar haqqında məlumatları aşağıdakı təqdimat posterlərindən görə bilərsiniz. Həmçinin satış qiymətləri və 9.nəsil ilə performans müqayisəsi göstərilib. Lakin qeyd edək ki, 1000 ədəd alındığı zaman bu qiymətlər keçərlidir. Əks halda daha baha olacaqdır. Təxminlərə görə 10.nəsil Comet Lake-S prosessorları 14 nm-də istehsal olunan sonuncu Intel prosessorları olacaq. Technote olaraq məsləhət görürük ki, ya 11.nəsil Intel prosessorlarını, ya da bu ilin payızında çıxması planlanan AMD Ryzen 4000 (Desktop) prosessorlarını gözləyin.

 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google Chrome-da istifadəçilərin izlənməsi mərhələli şəkildə dayandırılacaq..

Yeni Google Chrome 89 brauzerinin əsas yeniliyi cookie fayllarını əvəzləyəcək FLoC texnologiyası olu..


Starship kosmik gəmisinin növbəti prototipinin testi qismən uğurla yekunlaşıb (V..

SpaceX-in Starship adlı kosmik gəmisinin növbəti prototipi sonunda 10 km yüksəkliyə qalxa və qəzasız..


Elon Musk Texas ştatında şəhər inşasını planlaşdırır

Elon Musk dəfələrlə Marsda şəhər inşa etmək planlarından danışıb.


Facebook-un ilk AR eynəyinin nə zaman satışa çıxacağı məlum olub

Facebook-un top meneceri şirkətin ilk AR eynəyi barəsində yeni məlumatlar verib. Verilmiş məlumatlar..


Apple bəzi səbəblərə görə Lightning girişindən imtina etməyəcək

Öz yeni hesabatında məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcəkdə öz məhsullarında Lightni..


Yer kürəsinin orbitində ilk kosmik hotelin inşasına start veriləcək (VİDEO)..

Orbital Assembly Corporation şirkəti dünyanın ilk kosmik hotelinin inşasının tarixini elan edib...

×