Intel Core Ultra 7 1002H prosessoru barəsində məlumatlar verilib

Intel Core Ultra 7 1002H prosessoru barəsində məlumatlar verilib

Texnologiya
09.06.2023 PAYLAŞIM

    Dünən məlumat ortaya çıxmışdı ki, Intel saytında şirkətin 14-cü nəslinə aid olan yeni Core Ultra 7 1002H prosessorunun adı aşkar edilib. Bununla da şirkətin Meteor Lake seriyasından başlayaraq öz yeni prosessorlarını Core i əvəzinə Core Ultra adlandıracağı bir daha təsdiqləndi. İndi isə insayderlər Core Ultra 7 1002H prosessoru barəsində bəzi məlumatları təqdim ediblər.

    Beləliklə onların sözlərinə əsasən Core Ultra 7 1002H prosessoru 6 ədəd yüksək performanslı nüvə, 8 ədəd enerji effektivliyi nüvəsi və prosessorun öz ehtiyacları üçün nəzərdə tutulmuş ayrıca 2 ədəd nüvə ilə təchiz olunacaq. Ümumilikdə prosessor 16 nüvəyə sahib olacaq. CPU-nun standart çalışma tezliyi 3.0 GHz, TDP (Thermal Design Power) isə 28 vatt təşkil edəcək. Intel artıq məlumat verib ki, Meteor Lake seriyasının yeni prosessorları bu ilin ikinci yarısında təqdim ediləcək.




DAHA ÇOX


Redmi Buds 5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Redmi brendi Redmi Note 13 smartfonları ilə yanaşı həmçinin Redmi Buds 5 adlı yeni naqilsiz qulaqlığ..


Almaniya Huawei və ZTE-nin 5G təchizatlarından istifadəni dayandırmağı planlaşdı..

Almaniyanın Daxili İşlər Nazirliyi ölkənin mobil 5G şəbəkələrində Huawei və ZTE şirkətlərinin istehs..


Çin ABŞ-ı Huawei texnologiyalarının oğurlanmasında günahlandırıb

Çinin Dövlət Təhlükəsizlik Nazirliyi ölkədə məşhur olan WeChat platforması üzərindən bildirib ki, Hu..


Snapdragon 8 Gen 3 for Galaxy prosessoru Apple A17 Pro-dan daha performanslı ola..

Qualcomm şirkəti gələn ayın sonunda Snapdragon 8 Gen 3 prosessorunu təqdim edəcək.


Samsung Galaxy Buds FE naqilsiz qulaqlığının yeni fotoları və məlumatları təqdim..

Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Buds FE adlı yeni naqilsiz qulaqlıq üzərində çalışır...


Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib

Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmil..

×