Logo
    main-post-cover

    Intel-in növbəti nəsil prosessorları Apple M prosessorları ilə rəqabət aparacaq

    Elm & Texnologiya
    22.09.2023
    Emil
        Intel şirkətinin CEO-su Pat Gelsinger şirkətin növbəti nəsil prosessorlarının performansları ilə bağlı proqnozlarını bölüşüb. Onun sözlərinə əsasən Intel-in növbəti nəsil prosessorları Apple şirkətinin M seriyasına daxil olan prosessorları ilə rəqabət apara biləcəklər. Lakin bu, prosessorların yeni texnoloji proses sayəsində istehsal edilmələri sayəsində deyil, onların daxili komponentlərinin yeni yerləşdirilməsi üsulu sayəsində mümkün olacaq.
        Gelsinger-in sözlərinə əsasən söhbət, Arrow Lake, Lunar Lake Panther Lake seriyasına daxil olacaq növbəti nəsil prosessorlardan gedir. Həmin prosessorlar Apple şirkətinin M seriyasına daxil olan prosessorları kimi daxili komponentlərin yerləşdirilməsi məsələsində yeni struktura sahib olacaqlar. Bəzi məlumatlara əsasən Intel hal hazırda yeni texnoloji proses əsasında istehsalata keçid edə bilmədiyi üçün prosessorların yeni dizaynlarına ümid bəsləyir.
    Paylaş
    Bənzər xəbərlər