
Intel öz prosessorlarının satış qiymətlərini qaldıracaq
Elm & Texnologiya
26.07.2023
Emil
Almaniyadakı topdan satıcılar Intel-dən əldə etdikləri məktublarda olan bəyanata istinadən bildiriblər ki, şirkət öz prosessorlarının satış qiymətlərini qaldıracaq. Analitiklər bunun baş vermə ehtimalını yüksək qiymətləndiriblər və potensial səbəbini açıqlayıblar. Verilmiş məlumata əsasən Intel təkcə satışda olan prosessorlarının yox həmçinin təqdimata hazırlaşan prosessorlarının da satış qiymətlərini qaldıracaq. Çox güman ki, söhbət, bir neçə müddət bundan öncə satıcılara göndərilmiş qiymət göstəricilərinin qaldırılmasından gedir.
Gözləntilərə əsasən Intel özünün 12-ci nəsil (Alder Lake), 13-cü nəsil (Raptor Lake), 14-cü nəsil (Raptor Lake Refresh) və o cümlədən Meteor Lake (Core Ultra) seriyalarının prosessorlarının qiymətlərini qaldıracaq. Analitiklərin fikirlərinə əsasən Intel bu cür addımı istehsalat güclərinin artırılması üçün olmuş xərclər və biznesin restrukturizasiyası səbəbilə atıb. Şirkətin prosessorlarının qiymətləri artıq yaxın həftələr ərzində qalxa bilər.
Paylaş
Bənzər xəbərlər