Intel öz yeni prosessorlarının adlarında dəyişiklik edəcək

Intel öz yeni prosessorlarının adlarında dəyişiklik edəcək

Texnologiya
03.05.2023 PAYLAŞIM

    Intel prosessorlarının adlarının dəyişəcəyinə dair ilk sübut “Ashes of Singularity” adlı oyunda Core Ultra 5 1003H prosessorunun adının əks olunması olmuşdu. Intel şirkətinin kommunikasiyalar üzrə direktoru olan Bernard Fernandes bu mövzu ilə bağlı rəsmi məlumat verib. Fernandes bildirib ki, şirkət 14-cü nəsil Intel Meteor Lake prosessorlarının təqdim olunmalarına az müddət qalmış öz brendinin adına bəzi dəyişiklikləri əlavə etməyə başlayıb.

    Bununla belə yeni prosessorların adlarının Core Ultra 5 1003H adına bənzər olub-olmayacağı qeyd edilməyib. Fernandes bu mövzu ətrafında yaxın həftələrdə daha ətraflı məlumatların təqdim ediləcəyini bildirib. Prosessorların adlarında Ultra sözünün olması Apple şirkətinin Mac kompüterləri üçün olan prosessorlarının necə adlandırmasına bənzəyir. Belə ki, Apple öz portfoliosunda artıq M1 Ultra adlı prosessora sahibdir. Əgər Intel öz prosessorlarını da bu cür adlandırsa deməli yeni prosessorlar Core, Core Pro, Core Max Core Ultra kimi modellərə bölünəcəklər. Nəticədə isə Intel Core i brendi 15 illik tarixini yekunlaşdıracaq.




DAHA ÇOX


Analitiklər Apple Vision Pro barəsində fikirlərini söyləyiblər

TrendForce şirkətinin analitiklərinin proqnozlarına əsasən Apple şirkəti gələn il 200 000 ədəd Visio..


Snapdragon 8 Gen 3 hansı performansı sərgiləyəcək?

Qualcomm şirkəti keçən həftə Snapdragon 8 Gen 3 flaqman prosessorunun təqdimat tədbirini anons etmiş..


Apple Vision Pro-nun sahib olduğu batareyanın təqribi həcmi barəsində məlumat ve..

Apple şirkəti öz qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqdim edən zaman qeyd etmişdi k..


Samsung Galaxy Watch 6 smart saatı hansı gücdə şarj texnologiyasını dəstəkləyəcə..

Samsung şirkətinin iyul ayının sonunda keçirəcəyi Galaxy Unpacked tədbiri çərçivəsində qatlana bilən..


Apple Vision Pro-nun maya dəyəri nə qədər təşkil edir?

Apple Vision Pro qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazının təqdimatı WWDC 2023 konfransını..

×